Dezinfeksiya xidmətinin rəisi
 
JOB TITLE: Dezinfeksiya xidmətinin rəisi
EMPLOYER: Eco Medi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-09 LAST UPDATED: 2021-07-09 DEADLINE: 2021-08-08

Vakansiya: Dezinfeksiya xidmətinin rəisi

Vəzifə öhdəlikləri:

• Xidmətin işinin qurulması və sistemli şəkildə idarə edilməsi;
• İşçilər arasında iş bölgüsünün aparılması və işlərin yüksək səviyyədə icrasına nəzarət etmək;
• Müştəri şirkətlərlə işgüzar münasibətlərin qurulması və onu inkişaf etdirmək;
• Tabeçiliyində olan işçilərin işlərini daha səmərəli və vaxtında yerinə yetirmələri üçün təkliflər vermək;
• Dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı dərman preparatlarının hazırlanmasına, həmin dərman preparatlarının effektiv və düzgün tətbiqinə nəzarət etmək;
• Xidmətin işləri ilə bağlı hesabatları vaxtında hazırlayıb təqdim etmək.

Əsas tələblər:

• Yaş həddi: 28-45
• Cinsi: kişi
• Ali təhsil (Tibb, İdarəetmə, İqtisadiyyat sahəsində)
• 3 ildən az olmayaraq müvafiq sahədə, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi;
• Azərbaycan (sərbəst şəkildə), rus (orta səviyyə) bilməli;
• Dezinfeksiya, dezinseksiya və deratizasiya sahəsində nəzəri və praktik biliklər;
• Təşkilatçılıq qabiliyyəti;
• İctimaiyyətlə əlaqə qurmaq qabiliyyəti;
• Məsuliyyətli və ünsiyyətcil olmalı;
• Komandada işləmək bacarığı;
• MS Office (Word, Excel,) proqramları ilə işləmək bacarığı;
• Ölkə daxilində ezamiyyətlərə getmə imkanı.

İş şərtləri

• İş yeri: Bakı şəhəri;
• İş qrafiki: I-VI günlər 09:00-dan 18:00-dək, istirahət günü: bazar;
• Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir;
• Şirkət tərəfindən yanacaq ilə təmin edilir;
• Əmək haqqı: namizədin bilik bacarığına əsasən təyin edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xidmət rəisi” qeyd edərək cv@ecomedi.az ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP