Hüquqşünas (korporativ)
 
JOB TITLE: Hüquqşünas (korporativ)
EMPLOYER: Ateshgah Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-12 LAST UPDATED: 2021-07-13 DEADLINE: 2021-08-11

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Hüquqşünas (korporativ)

Namizədə tələblər

• Təhsil: Ali hüquq təhsili mütləqdir.
• İş təcrübəsi: zəruri deyil
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla)
• Microsoft Office (Word, Excel, Power Point) proqramlarını, İnternet Explorer-dən istifadə qaydalarını;

Vəzifə öhdəlikləri

• Hüquqi sənədlərin (məktub, müqavilə və.s) tərtib edilməsi;
• Şirkətin struktur bölmələrindən daxil olan sorğuların cavablandırılması və zərurət olduqda onlara hüquqi yardım göstərilməsi;
• Sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi və zərurət olduqda rəy verilməsi;
• Razılaşma üçün şöbəyə təqdim olunan əmr/sərəncam, təlimat, əsasnamə, müqavilə və digər hüquqi xarakterli sənədlərin və onların layihələrinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğunluğunun yoxlanması;
• Zərurət olduqda şirkəti məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək;
• Korporativ idarəetmə məsələləri ilə bağlı işlərin həyata keçirilməsi, sənədlərin (qərarlar, nizamnaməyə dəyişikliklər və.s) hazırlanması, onların səlahiyyətli dövlət orqanında qeydiyyatının təmin edilməsi;
• Qanunvericilikdə baş verən dəyişikliklər və dəyişiklik edilməsi gözlənilən qanun, normativ hüquqi aktlar barədə arayışlar hazırlamaq;
• Zəruri hallarda şöbənin fəaliyyəti ilə bağlı sənədlərin tərcüməsini həyata keçirmək.

Şəxsi keyfiyyətlər

• Ünsiyyət qurmaq bacarığı;
• Nitq mədəniyyəti;
• Məsuliyyətlilik;
• Yüksək təhlil qabiliyyəti;
• Araşdırma bacarıqları;
• Komandada işləmək bacarığı;
• Gərgin iş və stresə davamlılıq.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı : həftə içi 5 gün / 09:00-dan 17:30 dək.
• Şirkət tərəfindın korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı: 600-900 azn (müsahibə əsnasında)

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Hüquqşünas (korporativ) ” qeyd etmələri xahiş olunur.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP