Marketing mütəxəssisi (V210710-2)
 
JOB TITLE: Marketing mütəxəssisi (V210710-2)
EMPLOYER: Azərbaycan Dəmir Yolları QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-12 LAST UPDATED: 2021-07-12 DEADLINE: 2021-07-27

Vakansiyanın adı: Mütəxəssis
Vakansiyanın kodu: V210710-2
Vakansiyanın kateqoriyası: Mütəxəssis
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Vakansiya üzrə struktur: Marketinq idarəsi, Biznesin inkişafı şöbəsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi 24

Tələb olunan təhsil istiqaməti/ixtisası:

- İqtisadiyyat;
- Marketinq;
- Riyaziyyat.

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 2 il

Tələb olunan komputer bilikləri:

- MS Word – sərbəst;
- MS Excel – sərbəst;
- MS Power Point – sərbəst;
- MS Power BI – yaxşı;
- R proqramlaşdırma dili – yaxşı.

Tələb olunan xarici dil bilikləri: İngilis dili – sərbəst.

Vəzifə üzrə tələb olunan biliklər :

- Böyük məlumat bazaları və modelləşmə üsulları üzrə biliklər;
- Analitik alətlərin tətbiq edilməsi üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:
- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:
- Keyfiyyət yönümlülük;
- Analitik düşüncə;
- Məlumat əldə etmə.

Digər tələb və üstünlük göstəriciləri: Maşın öyrənmə və vizuallaşdırma sahəsi üzrə beynəlxalq sertifikatlar, nəqliyyat və logistika sahəsində təcrübə, həmçinin Python və ya Java proqramlaşdırma dilləri üzrə biliklər və rus dili biliyi arzuolunandır.

Vəzifə öhdəlikləri:

- Məlumatların fərqli mənbələrdən toplanması və məlumat bazasının formalaşdırılması;
- Toplanmış məlumatların təhlili, müxtəlif analitik hesabatların və təqdimatların hazırlanması;
- Proqnoz və digər biznes modellərinin ekonometrik üsullar ilə qurulması;
- Proqnoz nəticələrinin hesabatlarının effektiv vizuallaşdırma üsulları ilə hazırlanması;
- Tətbiq olunmuş modellərin optimallaşdırılması və təkmilləşdirilməsi;
- Məlumatların təhlili və biznes modellərinin nəticələri əsasında biznesin inkişafına dair təkliflərin hazırlanması.

Son müraciət tarixi: 26.07.2021
Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get/1386#vp

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP