NÖC və Avtomatika üzrə Mühəndisi
 
JOB TITLE: NÖC və Avtomatika üzrə Mühəndisi
EMPLOYER: Göygöl Şərab Zavodu ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-13 LAST UPDATED: N/A DEADLINE: 2021-08-12

İş yeri: “Göygöl Şərab Zavodu” ASC
Göygöl şəhəri

İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi – Cümə
İstirahət günü: Şənbə, bazar

NÖC və Avtomatika üzrə Mühəndisi

Vəzifə öhdəlikləri:

- Proses təhlükəsizliyi, avadanlıqlar və sistemlərin bütövlülüyü və SƏTƏMM üzrə mükəmməl məlumata sahib
- Güclü ünsiyyət, təsir göstərə bilmə və əlaqələr yatada bilmə bacarıqlarına malik
- Yaxşı danışıq və yazışma bacarığı
- Güclü planlaşdırma və prioritetləşdirmə bacarığı
- Müxtəlif millətli mühitdə işləyə bilmə bacarığı
- Rəhbərliyinin dərkənarı ilə Şöbəyə daxil olan tapşırıqların, göstərişlərin vaxtında və yüksək peşəkarlıqla icrasını təmin edir;
- Mənəvi köhnəlmiş avadanlıqların əvəz edilməsi ilə əlaqədar məsələlərin qaldırılmasında iştirak edir;
- Təhlükəsiz istismar şərtini nəzərə alaraq kompleks avtomatlaşdırma və telemexanikləşdirmə, avtomatlaşdırılmış idarəetmə sistemləri barəsində layihə smeta sənədlərinin vaxtında hazırlanmasını təmin edir və ona rəy verir;
- Avtomatika, telemexanika, HT, NÖC və onların təmir istismar ehtiyaclarına olan tələbat haqqında sifarişlərə baxır, qaydaya salır, onların göndərilməsini və illik fondların bölüşdürülməsini həyata keçirir;
- Avtomatika vasitələrinin, avtomatlaşdırılmış avadanlıqlar, nəzarət-ölçü cihazlarının və vasitələrinin qeyri-dəqiq işləməsi səbəbindən müəssisə və təşkilatlarda baş verən qəza, bədbəxt və digər xüsusi ağır nəticələrə gətirib çıxara bilən hadisələrin tədqiq olunub qarşısının alınması tədbirlərinin işlənilib hazırlanmasını təmin edir;
- Cəmiyyət tərəfindən vəzifə öhdəliklərinin (müvafiq işlərin) yerinə yetirilməsində ardıcılığın müəyyyənləşdirilməsi məqsədilə tərtib olunmuş "Prosedur"lara rəayət olunması;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sənaye sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.

Bilməlidir:

- istehsalat proseslərinin avtomatlaşdırılmasının əsaslarını;ölçü texnikasının əsaslarını və texniki xarakteristikalarını;
- metrologiyanın əsas anlayışlarını,əsas texnoloji parametrlərin ölçü vahidləri sistemlərini və ölçü vahidləri arasında keçid formulalarını;
- əsas ölçü xətaları və onların hesablanma qaydalarını; elektronikanın əsaslarını, hesablama texnikasının əsaslarını;
- avtomatik tənzimləmənin əsaslarını;elektrotexnikanın əsaslarını;
- texniki sənədlərin işlənməsi və tərtib edilməsi üzrə əsasnamələri, təlimat və digər rəhbər materialları;
- vəzifə təlimatını;
- cəmiyyətin daxili intizam qaydalarını;
- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

- Yaş həddi 25-50
- Müsahibənin nəticələrinə əsasən əmək haqqı.

QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

E-mail : cv@xan.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP