Strategiya və Büdcə şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi
 
JOB TITLE: Strategiya və Büdcə şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-13 LAST UPDATED: N/A DEADLINE: 2021-08-12

Maliyyə menecment Departamentinin Strategiya və Büdcə şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi

Kapital Bank namizədləri Maliyyə menecment Departamentinin Strategiya və Büdcə şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankın qarşısına qoyduğu strateji hədəflərə nəzarətin təmin olunması, bu hədəflər ilə əlaqədar təhlillərin aparılması
• Bankın qarşısına qoyduğu maliyyə modelinin və strateji hədəflərin struktur bölmələrə uyğun performans göstəriciləri olaraq paylaşdırılması
• Bankın müxtəlif Struktur Bölmələri/Sahələri üzrə Performansın İdarəedilməsi ilə əlaqədar davamlı təhlillərin aparılması, hədəflərin müəyyənləşdirilməsi və ölçülməsi
• Yeni biznes istiqamətləri üzrə qiymətləndirilmənin aparılması, biznes modelin tərtib olunması;
• Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
• Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətini təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
• Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.

Tələblər

• Ali təhsil;
• Sahə üzrə ən azı 2 illik iş təcrübəsi
• Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
• Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri, SQL (MSSQL, T-SQL);
• Yüksək analitik qabiliyyət;
• Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
• Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər. (CFA arzuolunandır).

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP