Marketinq və satış üzrə mütəxəssis
 
JOB TITLE: Marketinq və satış üzrə mütəxəssis
EMPLOYER: Köksallar Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-14 LAST UPDATED: 2021-07-15 DEADLINE: 2021-08-13



Baş ofisi Türkiyədə olan və Bakıda filialı açılacaq olan Köksallar Qrup şirkəti üçün aşağıdakı tələblərə cavab verən satış və marketinq mütəxəssisi vəzifəsinə qadın namizəd axtarışındayıq.

Şirkət Qadın Estetikası, Türkiyədə Saç Əkimi, Diş Baxımı və Əməliyyatları, Lazer Göz Cərrahiyyəsi kimi hərtərəfli xidmətlər göstərir.

Əsas vəzifə

• Potensial müştəri / istehlakçı və bazar imkanlarını araşdırmaq,
• Müştərinin diqqətini cəlb edə biləcək strategiyaların yaradılması,
• Xidmət etdiyimiz sahələrdə ətraflı məlumat və tanıtım üçün reklam, kommersiya filmləri və media kimi kanallardan istifadə etmək,
• Müştərinin nəzərində məhsul və ya xidmətin dəyərini artırmaq üçün strateji tədqiqatlar aparmaq,
• Satış sahəsində yeni layihələr və əməliyyatlar yaratmaq,
• Müştəri tələblərini və fikirlərini izləmək,
• Reklam infrastruktur işlərinin hazırlanması,
• Müəssisənin məqsəd və prosedurlarına uyğun tədqiqatlar hazırlamaq.

Tələblər:

• Diksiyası düzgün
• Müştəri ilə münasibət qurma bacarığı
• İngilis və rus dillərini çox yaxşı bilmək məcburidir (müsahibə hər 2 dildə keçiriləcək)

İş qrafiki:

Həftə içi hər gün: 09:00 – 18:00
Şənbə və bazar - istirahət günləri

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Marketinq və satış üzrə mütəxəssis" başlığı ilə cv@koksallargroup.com.tr ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibəsi müsbət olacaq qadın işçilərimiz, İstanbuldakı K Plus Klinikasının baş ofisində 10 gün təlim alacaqlar. Gediş - Qayıdış Uçuş bileti, yaşayış xərcləri və s. şirkətimiz tərəfindən ödəniləcəkdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP