Marketinq mütəxəssisi
 
JOB TITLE: Marketinq mütəxəssisi
EMPLOYER: Auto Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-14 LAST UPDATED: N/A DEADLINE: 2021-08-13



Marketinq mütəxəssisi

Marketinq mütəxəssisi markanın cari marketinq fəaliyyətini öncədən planlaşdırılmış marketinq strategiyası çərçivəsində icra edir.

Vəzifə öhdəlikləri:

• Marketinq fəaliyətlərinin icrası, onlara nəzarət və nəticələr barədə hesabat vermək;
• Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərinin müəyyən etmək və onların təkmilləşdirilməsinə dair müvafiq təkliflər vermək;
• Cari bazar şərtləri və rəqiblərin fəaliyyətinə dair dövri hesabatlar hazırlamaq;
• Üçüncü tərəflərlə olan işləri koordinasiya etmək;
• Marka standartlarının qorunmasına cavabdehlik;
• Marka mesajlarının davamlı olmasını təmin etmək;
• Şirkətin müxtəlif bölmələrinin cari marketinq fəaliyyəti haqqında məlumatlılığının təmin edilməsi üçün effektiv daxili kommunikasiyanı təşkil etmək;
• Marka imicinin, mövqelənmənin gücləndirilməsini təmin etmək;
• Marka mesajlarının effektiv çatdırılması üçün mətbuatla əlaqələri idarə etmək.

Tələblər:

• Marketinq, biznes və ya digər əlaqədar sahələr üzrə bakalavr təhsili;
• Araşdırma və ya kommunikasiya sahəsi üzrə ən azı 3 il iş təcrübəsi;
• Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
• Yüksək səviyyədə azərbaycan, rus və ingilis dil bilikləri.(Azərbaycan dilində yazı orfoqrafiyasının yüksək səviyyədə olması mütləqdir);
• Orta MS Office proqramları biliyi;
• Təzyiq altında işləməyə hazır;
• Tapşırıq üçün təyin edilən vaxt məsələsində qəti və punktual;
• Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq;
• Özünə əmin və dinamik xarakter;
• Sürücülük vəsiqəsi arzuolunandır.

Əmək şəraiti:

• İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
• 6 günlük iş rejimi;
• Əmək haqqı - 800 AZN

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Marketinq mütəxəssisi” qeyd etməklə CV-lərini hr@autoaz.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP