Layihəçi Elektrik (Draftsman)
 
JOB TITLE: Layihəçi Elektrik (Draftsman)
EMPLOYER: Crocus Construction DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-14 LAST UPDATED: N/A DEADLINE: 2021-08-13

“Crocus Construction” MMC Layihəçi Elektrik Draftsman vakansiyasını elan edir.

Əsas vəzifə və öhdəliklər:

- Elektrotexnikanın nəzəri əsaslarından fundamental biliklərə sahib olmaq;
- Alçaq gərginlikli elektrik avadanlıqları (quraşdırılması, iş prinsipi) haqqında ümumi biliklərə sahib olmaq;
- Binadaxili və açıq sahələrdə elektrik təchizatının norma və qaydalarını bilmək;
- Elektrik yarımstansiyalarının əsas və köməkçi avadanlıqları haqqında ümumi biliklərə sahib olmaq;
- Yaşayış binası, ofis, restoran, park və.s ərazilərdə elektrik təchizatının və işıqlanmasının layihələndirilməsini həyata keçirməkdə mühəndis tapşırıqlarını yerinə yetirmək;
- Elektrik təchizatı, torpaqlama və işıqlanma avadanlıqlarının yerləşmə planlarını və birxətli sxemlərini çəkmək, sənədlərini hazırlamaq;
- Mühəndis tapşırıqları əsasında müxtəlif elektrik hesabatlarının aparılmasını yerinə yetirmək və sənədlərini hazırlamaq;
- Layihəyə uyğun avadanlıqların ümumi siyahısını hazırlamaq, marka və modellərini seçmək;
- Tikintidə müxtəlif dəyişikliklərə uyğun layihə işlərini yoxlamaq və sənədləri cari vəziyyətə uyğun tənzimləmək;
- Elektrik təhlükəsizliyi haqqında ümumi biliklərə sahib olmaq;

Namizədə tələblər:

- Ali təhsil (müvafiq sahədə);
- Elektrik norma və standartları ilə hərtərəfli xəbərdar olmaq;
- Kompüter bilikləri - MS office, Word, Excell, AutoCad; Relux proqramı arzu olunandır;
- Komandada işləmək bacarığı.
- İş təcrübəsi minimum 3 il;
- Əmək haqqı 800 – 900 AZN arası;

İş yeri: Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.

- Nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı: I-VI günlər

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər:

E-mail: recruitment@seabreeze.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP