Avans Hesabı Üzrə Mühasib
 
JOB TITLE: Avans Hesabı Üzrə Mühasib
EMPLOYER: Superfon DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-14 LAST UPDATED: N/A DEADLINE: 2021-08-01

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, fəaliyyət sektorunun lideri olan bir şirkətdə öz karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Avans Hesabı Üzrə Mühasib

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 2 il
Təhsil: Ali (Mühasibatlıq, Maliyə)

Vəzifə öhdəlikləri:

1. Təhtəlhesab şəxslər tərəfindən alınan avansların təyinatından asılı olaraq müəyyən olunmuş iş günləri müddətində onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı təqdim edilməsinə və xərclənməyən pul qalığının kassaya qaytarılmasına nəzarət;
2. Ezamiyyə məqsədləri üçün verilən avans məbləğləri üzrə avans hesabatları təhtəlhesab şəxs ezamiyyətdən qayıtdıqdan sonra onun tərəfindən 3 iş günü müddətində mühasibatlığa təhvil verilməsinə nəzarət;
3. Təhtəlhesab şəxsdən avans hesabatına aid xərcləri təsdiq edən bütün sənədlərin (NKA çekləri, qaimə-fakturalar, biletlər, qəbzlər və s.). təhvil alınması;
4. Avans hesabatına əlavə edilmiş sənədlərin, avansın təyinatı üzrə xərclənməsinin və avans hesabatının özünün düzgünlüyünün yoxlanması, imza edilməsi və təsdiq edilməsi üçün baş mühasibə təqdim etmək;
5. Müvafiq əməliyyatları 1C proqramına daxil etmək;

Tələblər:

1. Ali təhsil (Mühasibat və ya maliyyə ixtisası üzrə);
2. MS Office (Word, Excel) və 1C 8.3 proqramında sərbəst işləməyi bacarmaq;
3. Analitik təhlil etmə qabiliyyəti;
4. Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq;

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Korporativ mobil nömrə.

Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Avans Hesabı Üzrə Mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 31.07.2021

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP