Anbardar
 
JOB TITLE: Anbardar
EMPLOYER: Agro Dairy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-12 LAST UPDATED: 2021-08-17 DEADLINE: 2021-08-16

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Agro Dairy” MMC "Anbardar" vəzifəsinə işə qəbul elan edir.

Vəzifə Öhdəlikləri:

- Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğuna nəzarət etmək.
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərinə nəzarət etmək.
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsinə nəzarət etmək
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq.
- Anbardan malları yalnız Şirkət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxılmasına nəzarət etmək.
- Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real taym rejimində məlumatları daxil etmək.
- Bütün mal və materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasına nəzarət etmək.
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək.
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
- Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin etmək, saxlanılması, sərfiyyatına nəzarəti təmin etmək və sərfiyyata dair hesabat vermək.
- Mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatları yerinə yetirmək.
- İlkin uçot sənədlərinin qəbulunu həyata keçirmək və onları emala hazırlamaq.
- Aylıq balans hesabatanının və izahlı əlavələrin hazırlanması, düzgünlüyünü yoxlamaq, mühasibatlığa təqdim etmək.
- Anbar işçilərinin işlərinə nəzarət və onların iş bölgüsünə, davamiyətinə nəzarət.
- Anbarın tabeçiliyində olan tərəzilərə nəzarət. Tərəzi işçilərinin davamiyyətinə və işlərə nəzarət.
- Anbarlar üzrə təsdiqlənmiş anbar prosedurlarının düzgün yerinə yetirilməsinə nəzarət.
- Rüblük anbar sayımlarında iştirak etmək.
- Ərazi üzrə nəğd satılan məhsullardan gələn vəsaitin kassaya qəbulu və ayın sonu kassada olan vəsait haqqında mühasibatlığa hesabat yollamaq.
- Gündəlik satılan məhsullar haqqında Sahə Menecerinə hesabat yollamaq.
- Alınması üçün yazılan tələbnamələrin yoxlanılması, tələb olunan malların anbar qalığının yazılması.
- Yanacaq operatorunun işinə nəzarət.
- Samux və Tovuz üzrə aylıq istifadə olunan nəğd vəsaitlərin hesabatının dügünlüyünü yoxlamaq və təsdiq etmək.
- Anbara qəbul edilən mallar haqqında müvafiq hesabatı sifarişçiyə yollamaq.

Tələblər:

- Komanda ilə işləmək bacarığı
- Excel bilikləri
- Azərbaycan və İngilis ("intermediate")
- Müvafiq sahədə iş təcrübəsi (minimum 3 il)
- Təhsil - orta peşə ixtisas və ya ali təhsil (mütləq)

Əlavə Məlumatlar:

İş yeri – Samux

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@agrodairy.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Anbardar” şəklində göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP