Layihə Rəhbəri
 
JOB TITLE: Layihə Rəhbəri
EMPLOYER: IMA Energy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-14 LAST UPDATED: N/A DEADLINE: 2021-08-13



Layihə Rəhbəri

İş barədə Məlumat

• Texniki tapşırığa əsasən layihə sənədlərinin işlənməsinə, elektrik layihələrinin hazırlanmasına, razılaşdırılmasına nəzarət;
• Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
• Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
• Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
• Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
• Layihəyə uyğun qiymət cədvəlinin və smeta sənədlərinin tərtib olunması və müvafiq dövlət orqanları ilə razılaşdırılmasına nəzarət;
• Quraşdırılacaq avadanlıqların seçilməsi, təchiz olunması (vaxtında əraziyə çatdırılması) və yerində quraşdırılmasına nəzarət;
• Quraşdırma işləri başa çatmış obyektlərin istismar sənədlərinin alınmasını təmin etmək;
• Şirkət daxili proseslərə nəzarət etmək
• Şöbələr arası əlaqələr işgüzar münasibətlərin təmin edilməsi;
• Tender sənədlərinin hazırlanmasına nəzarət;
• Şirkətin cari fəaliyyətinə rəhbərlik etmək;
• Şirkətin işini, habelə onun struktur bölmələri və işçiləri arasında qarşılıqlı əlaqələri təşkil etmək;
• Şirkətin fəaliyyətinin gəlirliyini təmin etmək;
• Şirkətin işçilərinin istehsal və əmək intizamına riayət edilməsini təmin etmək.

Tələblər

• Müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq ixtisas üzrə minimum 3 il iş təcrübəsi;
• Güclü liderlik keyfiyyətinə sahib olmalı
• Kollektivlə işləmək və kollektivi idarə etmək bacarıqlarına malik olmalı;
• Analitik təhlil, təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyətinə sahib olmalı;
• İşgüzar ünsiyyət və danışıqlar aparmağı bacarmalı;
• Ezamiyyətlərə getmək imkanına malik olmalı;
• Punktual və məsuliyyətli olmalı;
• Komputerdə mühəndis hesabat və dizayn proqramlarında işləmə bacarığının olması;
• Normativ və Texniki sənədlərlə işləmək bacarığı;
• Microsoft Office, Auto Cad, 3D,və s. proqramlarında işləmək bacarığı;

Namizədin şəxsi keyfiyyətləri:

• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı;
• Azərbaycan dilini əla, rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir;

Maraqlanan namizədlər vakansiyanın adını qeyd etməklə CV-lərini bu ünvana göndərə bilərlər. cv@imaenergy.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP