Brend menecer
 
JOB TITLE: Brend menecer
EMPLOYER: LIBRAFF MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-15 LAST UPDATED: N/A DEADLINE: 2021-08-14

“LIBRAFF” kitab mağazaları şəbəkəsinə təcrübəli Brend menecer tələb olunur.

Əsas vəzifə öhdəlikləri:

- Şirkətin 6 filialını və təxmini 30 nəfərdən ibarət satış heyətini idarə etmək;
- Satışları təhlil etmək və mağaza tələblərini araşdırmaq;
- Mağazalar üçün aylıq satış hədəflərini müəyyən etmək və satış personalına bu hədəflərə çatmaq üçün dəstək olmaq;
- İşçilər haqqında obyektiv rəy vermək;
- Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin yüksəldilməsi istiqamətində çalışmaq.

Tələb olunan bilik və təcrübə:

- Ali təhsil;
- Pərakəndə satış sektorunda, xüsusilə mağaza idarəçiliyi sahəsində azı 3 illik iş təcrübəsi;
- Səlis Azərbaycan dili, orta səviyyədə rus və ingilis dili biliyi;
- Microsoft Office, xüsusilə Excel proqramı biliyi;
 -Müştərilərlə davranış qaydaları və satış texnikaları üzrə biliklər;
- Kitab və müəlliflər haqqında ümumi biliyin olması üstünlükdür;

Tələb olunan bacarıqlar:

- Liderlik
- İdarəetmə
- Analitik təhlil bacarığı
- Ünsiyyət qurma və kommunikasiya
- Təşkilatçılıq qabiliyyəti
- Satış bacarıqları

İş haqqında məlumat:

- İş yeri: qismən baş ofis (Pullman otel) və əsasən, mağazalarda;
- İş qrafiki: dəyişkən, əmək qanunvericiliyinə uyğun olaraq həftəlik 40 saat;
- Rəsmi sənədləşdirmə işləri əmək qanunvericiliyinə uyğun olaraq rəsmi sənədləşdirmə işləri aparılır;
- Əmək haqqı razılaşma yolu ilə müəyyən olunur, sınaq müddətindən sonra əlavə olaraq satışdan bonuslar verilir;
- Nahar şirkət tərəfindən təmin olunur.

Müraciət üçün e-mail: human.resources@libraff.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP