Sosial media meneceri (SMM) üzrə kiçik mütəxəssis
 
JOB TITLE: Sosial media meneceri (SMM) üzrə kiçik mütəxəssis
EMPLOYER: Ferrum Capital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-15 LAST UPDATED: N/A DEADLINE: 2021-08-14

Sosial media meneceri (SMM) üzrə kiçik mütəxəssis

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Marketinq bölməsində SMM üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

Kimlər müraciət edə bilər?

• 22-28 yaş aralığında gənclər
• Sahə üzrə 1 il iş təcrübəsinə malik şəxslər

Hansı özəlliklərə malik olmalıdır?

• Yüksək səviyyədə azərbaycan və rus dili bilikləri (ingilis dili biliyi üstünlükdür)
• Yüksək şifahi və yazılı kommunikasiya qabiliyyəti
• Facebook Ads üzrə biliklər
• Google Analytics, Google Ads üzrə biliklər üstünlükdür
• Kreativ yanaşma
• Analiz etmə və araşdırma qabiliyyəti

SMM üzrə kiçik mütəxəssis nə iş görür?

• Şirkətin sosial şəbəkə hesablarının idarəedilməsi
• Sosial media üçün aylıq post planının hazırlanması
• Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi
• Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırılması
• Sosial media postları üçün kontentlərin yazılması
• Sponsorlu (targeting) reklamların verilməsi
• Səhifənin aylıq hesabatlarının hazırlanması
• Qrafik dizaynerə düzgün və dəqiq brief verilməsi
• Görülmüş işlərlə bağlı hesabatların rəhbərliyə təqdim olunması

Əlavə məlumat

• Bazar ertəsi – Cümə: 09:00 – 18:00
• Şənbə: 10:00 – 14:00
• Əmək haqqı: 300 AZN + bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “SMM üzrə kiçik mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP