Filial meneceri (Gəncə)
 
JOB TITLE: Filial meneceri (Gəncə)
EMPLOYER: Para BOKT DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-15 LAST UPDATED: N/A DEADLINE: 2021-08-14

Filial meneceri Gəncə

"PARABOKT" ASC Gəncə üzrə filial meneceri vəzifəsinə işçi qəbulu elan edir. PARABOKT sizə uğurlu karyera qurmaq və şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır.

Əsas vəzifələr:

- Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;
- Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;
- Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə kreditlərin komitəyə çıxarılması;
- Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
- Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;
- Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;
- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;

Namizədə olan tələblər:

- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Ali təhsil
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Yaş həddi 25-39 (yalnız bəy namizədlər)
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;

Əmək haqqı:

İş rejimi – həftə ici 1-6 qünlər

Əmək haqqı 1000-1500 manat

Əmək haqqının 2 misli qədər motivasiya

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Filial meneceri Gəncə " başlığı ilə vakansiya@parabokt.az ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP