Barista
 
JOB TITLE: Barista
EMPLOYER: Sinteks Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-15 LAST UPDATED: N/A DEADLINE: 2021-08-14

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Barista tələb olunur.

Vəzifənin rolu

Bu vəzifənin rolu brend standartlarına uyğun olaraq içki məhsullarını hazırlamaqdır.

Vəzifə öhdəlikləri:

• Kafedəki məhsulların mövcüdluğuna cavabdeh olur
• Barista ərazisinin təmizliyini təmin edir
• Brendin standartlarına uyğun olaraq məhsulları hazırlayır və təqdim edir
• Brendin standartlarına uyğun olaraq müştərilərə xidmət edir
• Məhsulların silinmələr kitabında vaxtında və düzgün qeydiyyatını aparır
• İş vaxtının sonunda istifadə olunmuş malların lazımi miqdarda yerinə qoyulmasını təmin edir
• Günün sonunda avadanlığın təmizlənməsini və yoxlanılmasını təmin edir
• Mərkəzi anbardan kafe anbarlarına malların göndərilməsi, qəbulu və düzgün formada yığılmasında iştirak edir
• Məhsullarla iş və xidmət zamanı bütün gigiyena qaydalarına riayət edir
• Malların FiFo (birinci alınan birinci satılır) prinsipinə uyğun olaraq istifadə olunmasına riayət edir

Əsas tələblər:

Təhsil:
• Orta və ya peşə təhsili (qida sektorunda arzuolunandır)

Təcrübə:
• Barista olaraq 1 il təcrübə arzuolunandır

Professional biliklər:
• Rus və İngilis dili arzuolunandır

Professional bacarıqlar və kompetensiyalar:
• Komandada işləmə
• Ünsiyyət bacarıqları
• Təzyig altında işləmə
• Satış bacarıqları

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Barista” qeyd edərək recruitment.sales@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP