Senior Project Manager
 
JOB TITLE: Senior Project Manager
EMPLOYER: One Smart Star DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-15 LAST UPDATED: N/A DEADLINE: 2021-08-14

One Smart Star (OSS) dünyada sürətlə yayılan, korporativ müştərilərə özlərini rəqiblərindən fərqləndirməyə kömək edən, şirkətin bütün əlaqə məlumatlarını tək, sadə, asan, yadda qalan ulduzlu nömrədə cəm edən qabaqcıl texnoloqiyadır.

Vəzifə : Senior Project manager
Şirkət: “One Smart Star Azerbaijan” Bakı şəhəri, Demirchi Tower
İş qrafiki: I-V günlər, 09:00-18:30
Yaş: 22 - 30 yaş
Təhsil: Ali
Əmək haqqı – müsahibənin nəticəsi əsasında müəyyənləşdirilir
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Vəzifə öhdəlikləri:

• Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, operativ biznes planlarının hazırlanması;
• Biznes proseslərinin təkmilləşdirilməsi;
• Layihələrin idarə olunması;
• Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
• Dövri hesabatların hazırlanması və təhlili;
• CRM sisteminin təkmilləşdirilməsi və nəzarəti;
• Partnyorlarla koorporativ görüşlərin və ünsiyyətin təmin olunması;
• İnzibati tapşırıqların icra olunması və ya koordinasiyası;
• Korporativ e-mail və yazışmaların həyata keçirilməsi;
• Ehtiyac olduqda Akt və Protokol kimi sənədlərin tərtibi;
• Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi;

Tələb olunan keyfiyyətlər:

• Azərbaycan, rus dilində mükəmməl, səlis yazılı və şifahi bilmək, ingilis dili yaxşı;
• İşgüzar danışıqlarda, maliyyə və bank sahəsində azı 1 illlik təcrübə (arzuolunan)
• Biznesin idarə edilməsi, iqtisadiyyat, idarəetmə, Marketinq və ya oxşar sahə üzrə ali təhsil (arzuolunan);
• Layihələrin idarə edilməsi sahəsində təcrübə (arzuolunan);
• MS Office (Excel, Word, PowerPoint) proqramlarını yüksək səviyyədə və tam sərbəst bilmək;
• İnformasiya Texnologiyları üzrə biliklər üstünlük hesab olunur;
• Ofis avadanlıqları ilə tam sərbəst işləmək (printer, scan)
• İnternet axtarış sistemlərindən sərbəst istifadə;
• Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;
• Peşəkar xoş xarici görünüş, koorporativ etikanı bilməli;
• Yalnız Xanım namizəd tələb olunur;

Bacarıqlar:

• Komandada işləmək, Kommunikasiya və ünsiyyət bacarıqları;
• Analitik yanaşma və təhlil;
• Problem həll etmə bacarıqları;
• Təqdimat bacarıqları;
• Vaxt idarəetmə bacarıqları;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə oyrənmə bacarığı;

Göstərilən tələblərə cavab verən xanım namizədlər Mövzu hissəsində “Senior Project Manager” yazaraq öz CV-lərini (foto ilə) hrbaku@onesmartstar.com e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP