Layihə meneceri (texniki)
 
JOB TITLE: Layihə meneceri (texniki)
EMPLOYER: Global Food Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-16 LAST UPDATED: N/A DEADLINE: 2021-08-15



Vəzifə - Layihə meneceri (texniki)

İşəgötürən: “GFC” MMC, KFC və Pizza Hut Restoranlar şəbəkəsi

Namizədə aid tələblər:

- 30-45 yaş arasında;
- Ali təhsilli olması;
- Azərbaycan, Rus və İngilis dilləri üzrə mükəmməl biliklər;
- Layihə idarə edilməsi sahəsində minimum 5 il təcrübə olması;
- Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
- Autocad proqramı üzrə biliklər;
- Peşəkar yazışma qabiliyyəti;
- Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Xasiyyətnamə tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

- Layihənin hazırlanması,təşkili və nəzarəti;
- Layihənin bütün mərhələlərində işin təşkili və nəzarəti;
- Restoranlar şəbəkəsində fasiləsiz texniki işin təmin edilməsi;
- Layihənin bütün aspektlərinin uğurla başa çatmasına nəzarəti və məsuliyyət daşıyır;
- Layihə qrupu və əlaqəli bölmələrin layihə daxilində fəaliyyətlərinin əlaqələndirilməsi;
- İllik layihələr üzrə büdcəsinin formalaşdırılması və nəzarəti;
- İllik iş planlaşdırmanı həyata keçirir və yerinə yetirilməsini təmin edir;
- Biznes tələblərinin müəyyənləşdirilməsi;
- Layihə müddətlərin vaxtında yerinə yetirilməsini təmin etmək üçün layihə fəaliyyətlərinin gedişatını və nəticələrini nəzərdən keçirməsi və qiymətləndirməsi;
- Maliyyə dəyərləndirmə, qiymətləndirmə və maliyyə hesabatın təqdim edilməsi;
- Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
- Obyektin istismara verilməsinə nəzarət;
- Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət edir və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
- Üzləşilə biləcək riskləri və problemləri müəyyən edir, qarşısının alınması üçün tədbirlər planı hazırlayır və risklər ortaya çıxdıqda tətbiq edir;
- Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin qarşısının alınması və ya həll edilməsini təmin edir;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Sınaq müddəti- 3 ay;
- Həftədə 5 iş günü, 2 gün istirahət, 09:30 -dan 18:30 -dək;

E-mail: hr@gfc.az

CV göndərərkən mövzu yerinə mütləq vakansiyanın adı qeyd olunsun.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP