Kart əməliyyatları şöbəsinə Köşklərin dəstəyi üzrə mütəxəssis
 
JOB TITLE: Kart əməliyyatları şöbəsinə Köşklərin dəstəyi üzrə mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-16 LAST UPDATED: N/A DEADLINE: 2021-08-15



ABB Kart əməliyyatları şöbəsinə Köşklərin dəstəyi üzrə mütəxəssis axtarışındadır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

• Köşklərdə ödəmə və ya ödəmələrlə bağlı proqram təminatlarında aşkarlanmış xəta və səhvlərin aradan qaldırılması;
• Prosesinq mərkəzini əhatə edən mövcud proqramlarda və ödəniş servislərində baş verən xətaların istehsalçı şirkətlə müzakirə edilməsi və aradan qaldırılmasına nəzarət edilməsi;
• Köşklərdə uğursuz ödənişlə bağlı məlumatın monitorinq vasitəsi ilə alındığı andan etibarən onun analiz edilməsi və aradan qaldırılması;
• Köşklərin fasiləsiz iş fəaliyyətinin təmin edilməsi üçün aidiyyəti şöbələrlə koordinasiya işlərinin aparılması və daxil olan sorğuların icrası.

Bizim üçün uyğun namizəd:

• Ali iqtisadi/IT təhsilli;
• İnduktiv və analitik təhlil bacarığına sahib;
• Yüksək səviyyədə kommunikasiya bacarığına sahib;
• Komandada işləmək bacarığına sahib;
• Bank, klirinq-ödəniş xidmətləri göstərən təşkilatlarda və ya İnformasiya Texnologiyaları sahəsində ən azı 1 illik iş təcrübəsi;
• Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
• Problemləri həll etmə bacarığına malik olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini abbcareers@abb-bank.az  elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Köşklərin dəstəyi üzrə mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP