SMM üzrə menecer
 
JOB TITLE: SMM üzrə menecer
EMPLOYER: Grace Beauty Complex DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-17 LAST UPDATED: N/A DEADLINE: 2021-08-16

"Grace" Beauty ComplexSMM üzrə menecer” vakansiyası elan edir:

Vəzifə öhdəlikləri:

• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın və trendlərin müəyyənləşdirilməsi;
• Facebook, İnstagram və digər sosial şəbəkələrdə SMM xidmətinin göstərilməsi;
• Sosial şəbəkələr üçün yüksək keyfiyyətdə və cəlbedici gündəlik paylaşım materiallarının (mətn, şəkil, video) seçilməsi, hazırlanması və sosial media kanallarında yerləşdirilməsi;
• Sosial mediada hədəf kütləni təyin edərək məhsullar, xidmətlər və prosedurlar barədə reklam aksiyalarının yerləşdirilməsi və onların effektivliyinə nəzarət edilməsi;
• Müştərilər tərəfindən rəylərdə və inboxda sorğuların inzibatçıya yönləndirilməsi və sualların cavablandırılması, xidmət və prosedurlar haqqında məlumatların verilməsi;
• Peşəkar foto və videoçəkilişlərin təşkil edilməsi və yayımının planlaşdırılması;
• Kampaniyalar, bayram günləri və s. günlərin qeydiyyatının aparılması və özəl postların paylaşılması;
• Bütün çap materiallarının (promo materialların) sifarişi olunması və nəzarətin həyata keçirilməsi;
• Reklamların və digər aktivliklərin sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
• Rəhbərliyin digər tapşırıqlarını həyata keçirilməsi və hesabatların hazırlanması.

Namizədə dair tələblər:

• Ali təhsil (Marketinq sahəsində)
• Sosial media marketinq (SMM) üzrə azı 1 il iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan dili və rus dili əla səviyyədə, ingilis dili olması arzuolunandır.
• Dizayn proqramları (Adobe Photoshop, Corel Draw və s.) üzrə biliklərin olması vacibdir.
• Ms. Office proqramlarını bilməlidir.
• Komandada və sərbəst işləmə bacarığının olması, idarəetmə qabiliyyətli, məsuliyyətli olmalıdır.
• Sosial şəbəkələrdə maksimal “user interaction” (istifadəçilərlə qarşılıqlı əlaqə) əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti.
• Kreativ, qrafik dizayn etmək qabiliyyəti.
• Düzgün yazılı və şifahi ünsiyyət qurmaq.
• Əmək haqqı: 700-800 AZN (Əmək haqqı müsahibənin nəticəsinə görə dəyişə bilər)

CV-lərinizi hr@melissagroup.az ünvanına “SMM üzrə menecer" başlığı ilə göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP