Copywriter
 
JOB TITLE: Copywriter
EMPLOYER: Honours Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-20 LAST UPDATED: N/A DEADLINE: 2021-08-19

Şirkətin adı: Honours Academy

Vəzifə: Kontent menecer - Copywriter

Namizədə tələblər:

● Yaş: 20-30
● İş təcrübəsi: Minimum 1 il (Müvafiq sahəyə uyğun)
● Xarici dil bilikləri: İngilis dili (yaxşı səviyyədə), Rus dili (Araşdırma edə biləcək səviyyədə)
● Marketinq və satış sahəsində yüksək fəlsəfi düşüncə forması
● Planlama bacarıqlarının yüksək səviyyədə olması
● Stressə davamlı
● Yüksək məntiqi təfəkkür
● Fəlsəfi düşüncə forması və fikrini əsaslandırma qəbiliyyəti

İş barədə məlumat:

● Akademiyanın sosial şəbəkələr üzrə kontentlərinin planlanması
● Sosial şəbəkələr üzrə paylaşımların və infopostların yazılması
● Sayt və platformalar üçün kontentlərin hazırlanması (peşəkar tərzdə)
● Bloq, Xəbər, Press-reliz tipli kontentlərin yazılması
● Youtube və digər istiqamətli videolar üçün ssenarilərin yazılması
● Marketinq direktorunun və Şirkət rəhbərliyinin digər tapşırıqlarının vaxtında və dəqiq icrası

Digər qeydlər:

Namizədə adı çəkilən işlər üzrə gərəkli təlimlər təşkil olunaraq, iş prosesi tam öyrədiləcək.

Həmçinin namizədin bilik və bacarıqlarından asılı olaraq potensial karyera yüksəlişi və vəzifə artımı üçün imkanlar veriləcək.

Vakansiya üçün nəzərdə tutulan sınaq müddəti bitdikdən sonra əməkdaşla rəsmi Əmək müqaviləsi bağlanılacaq.

İş qrafiki:

Bazar ertəsi - şənbə (6 günlük iş qrafiki)
Saat: 09:00-18:00

Əmək haqqı: Əmək haqqı namizədin bacarıqlarına və işə yanaşma ciddiyətinə görə qarşılıqlı şəkildə razılaşdırılacaq.

Göstərilən tələb və öhdəliklərə uyğun namizədlər “Kontent menecer” başlığından istifadə edərək öz CV və Sosial Şəbəkə hesablarının ünvanlarını cv@honours.academy ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP