Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: LunchefCatering MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-22 LAST UPDATED: 2021-07-26 DEADLINE: 2021-08-21

Baş mühasib

Əsas tələblər:

- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- Minimum 3 il iş təcrübəsi;
- 1 С və digər mühasibatlıq proqramında işləmə bacarığı mütləqdir;
- Vergi Məcəlləsi üzrə biliklər;
- Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
- Rus dilini səlis bilənlərə üstünlük veriləcək;
- İngilis dili arzu olunandır.

Vəzifə öhdəliyi:

- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
- E-Qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək;
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
- Daxili hesabatların hazırlanması və təqdim olunması;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak;
- Əmək haqqının hesablanması.

Əmək şəraiti:

İş yeri: İnqilab, Həsən Əliyev 7C Premier Palace
5 günlük iş qrafiki, 09:00-18:00
Əmək haqqı: Başlanğıc 1000 AZN

E-mail: hr@lunchefcatering.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP