Çilingər
 
JOB TITLE: Çilingər
EMPLOYER: MSDIS Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-22 LAST UPDATED: N/A DEADLINE: 2021-08-21

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Şirkət: MSDIS Holding
Vakansiyanın adı: Çilingər

Vəzifə öhdəlikləri:

- Avtomobillərin təmirlərinin vaxtında və keyfiyyətli şəkildə icra olunması:
- Texnikanın təmirinin, baxımının və təhlükəsiz şəkildə çalışmasının təmin edilməsi;
- İstifadə zamanı avtomobillərə nəzarət edilməsi, onların yol şəraitində sınaqdan keçirilməsi və işə yararlılığının müəyyən edilməsi;
- Avtomobillərin təmirinin zədələnmədən həyata keçirilməsi;
- Avtomobillərin vaxtından əvvəl sıradan çıxma səbəblərinin araşdırılması və lazımi tədbirlərin həyata keçirilməsi;
- Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
- Görülmüş işlər haqqında rəhbərliyə məlumatların verilməsi.

Tələblər:

- Yaş: 22-55;
- Texniki sahədə orta ixtisas təhsili;
- Çilingər kimi minimum 3 il iş təcrübəsi;
- Texnikaların əsas iş prinsipləri, xüsusiyyətləri və imkanlarını bilməli;
- Komanda ilə işləmə bacarığı;
- Məsuliyyətli, işgüzar, ciddi, diqqətcil, dürüst və aktiv olmalıdır.

İş şəraiti:

- İş qrafiki: 6 iş günü;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
- AR ƏM əsasən işə qəbul;
- İş yeri: Mehdiabad qəsəbəsi;
- Əlaqə nömrəsi: 051-201-21-97, 051-201-21-18.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Çilingər" qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP