İnsan Resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan Resursları üzrə mütəxəssis
EMPLOYER: Yeni Ganja Hotel Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-22 LAST UPDATED: 2021-07-22 DEADLINE: 2021-08-16

Vəzifə: İnsan Resursları üzrə mütəxəssis
Şöbə: İnsan Resursları
Tabeçilik: Hotel müdiri
İşə götürən: “Yeni Gəncə Hotel Comapny” MMC
Ünvan: Ramada Plaza by Wyndham Gence, Gəncə şəhəri, Şahsevənlər küçəsi ilə Nizami küçəsinin kəsişməsi

Hotelçiliklə məşğul olan “Yeni Gəncə Hotel Comapny” MMC, əməkdaşlar üçün geniş öyrənmə imkanları və digər imtiyazlar təklif etməklə ən yaxşı iş mühitini təklif edir.

Vəzifə öhdəlikləri:

• İşçilərin Əmək qanunvericiliyinə əsasən şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, işə qəbul edilməsi, xitam verilməsi, bir iş yerindən başqasına keçirilməsi, vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, əmək muqavilələrinin, müvafiq əmrlərin yazılması, elektron Hökumət Portalına daxil edilməsi, xəstəlik vərəqəsi ilə bağlı olan işlərinin icra edilməsi (Xəstəlik vərəqəsi və protokol);
• Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrinin təmin olunması,işçilərin istifadə etdiyi məzuniyyətlərin uçota alınmasının təşkil olunması;
• Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatının aparılması;
• Vəzifə təlimatlarının hazırlanması; Əmək haqqı kartlarının açmasını təmin etmək
• İş vaxtının rejiminə riayyət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatın təqdim lunması;
• Kadrlara olan tələbatların (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) təmin edilməsi;
• Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsi;
• İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edilməsi; Kadrlar üzrə hesabatların tərtib edilməsi.
• Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirilməsi;
• Kadr sənədləşməsinə mütəmadi nəzarət, Kargüzarlıq qaydalarına əsasən sənədlərin qeydiyyatının və saxlanılmasının təşkil edilmə
• Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;

Digər öhdəliklər:

- Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.
- Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
- Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.
- Hotelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.
- Ölkənin qanunvericiliyinə riayət etmək.
- Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.
- Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.

Namizədə tələblər:

- Ali təhsil (Menecment, Psixologiya və yaxud İnsan resursları sahəsi üzrə ali təhsil üstünlük hesab edilir)
- Rus və ingilis dili bilikləri arzu olunandır;
- Kompüter bilikləri: Microsoft Office: xüsusən word, excel və power point proqramları; - E-gov və 1C programında işləmək bacarığı;
- Hotelçilik və özəl sektorda minimum 3 il iş tərcübəsi;
- İş yeri Gəncə şəhərində yerləşir;
- İşə planlı yanaşma, yüksək ünsiyyət bacarığı;
- Analitik düşüncə və analiz qabiliyyətinin olması.

İşçinin təminatları:

- Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Tibbi sığorta;
- Mobil telefon və korporativ nömrə;

İşə müraciət üçün elektron poçt ünvanımız: hr@ramadaplazagence.com

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 15 avqust 2021-ci il

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP