Əməyin mühafizəsi üzrə mühəndis
 
JOB TITLE: Əməyin mühafizəsi üzrə mühəndis
EMPLOYER: Unibank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-23 LAST UPDATED: 2021-07-26 DEADLINE: 2021-08-22

Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.

Əməyin mühafizəsi üzrə mühəndis

Öhdəliklər:

• İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək;
• Xəsarət alma halları, bədbəxt hadisələr zamanı səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
• İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
• Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
• İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək;

Namizədə tələblər:

• Ali təhsil;
• İSO 45001-2018 və ISO 14001 tələblərinə uyğun Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin qorunmasını təmin olunması ilə bağlı biliklər;
• Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartların mükəmməl bilməsi;
• Planlama, analiz və idarəetmə bacarığı;
• MS Office (MS Word, MS Excel) üzrə biliyin olması;

Göstərilən tələblərə cavab verən namizədlər email-ın mövzu hissəsində HSE göstərməklə öz CV-lərini cv@unibank.az elektron ünvanına göndərə bilər və ya https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkinə keçid edib vakansiyaya müraciət edə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP