Elektrik mühəndisi
 
JOB TITLE: Elektrik mühəndisi
EMPLOYER: Azerbaijan Supermarket LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-23 LAST UPDATED: N/A DEADLINE: 2021-08-22

Vəzifənin adı: Elektrik mühəndisi
Yerləşmə: Baş ofis
Şöbə: Marketin inkişafı departamenti

Vəzifə öhdəlikləri:

- Kompleks tikinti sistemlərinin məlumatlandırlması, istiqamətləndirilməsi və istismara verilməsi üzrə layihələrin elektrik infrastrukturunu anlamaq;
- Tender təkliflərinin qiymətləndirilməsi və təhlilinin hazırlanmasında iştirak etmək;
- Əməliyyat və istismar xərclərinin azaldılması, istismar müddəti və kapital dəyişdirilməsi xərcləri və enerji istehlakının məhdudlaşdırılması üçün layihənin təhlili proseslərində iştirak etmək;
- Layihələrin ilkin-əməliyyatlar və əməliyyatlar mərhələlərində, o cümlədən elektrik sisteminin seçilməsində fəal iştirak etmək;
- Müəssisə daxili maliyyə smetasının qiymətləndirmək, layihələr üzərində kodların və zona bölgüsünün təsvir etmək, xərcləri optimallaşdırmaq;
- Mexaniki/elektrik koordinasiya prosesinə nəzarət etmək;
- Sistematik konstruktivlik icmalı;
- İstismar müddətinin təhlili də daxil olmaqla elektrik sistemini seçilmək;
- Elektrik sistemi tənzimləyicisi seçimlərini təhlil etmək və sistemlə bağlı tövsiyyələr vermək;
- Avadanlıqların nasazlıqlarını araşdırmaq və xətalı əməliyyatların səbəbini müəyyənləşdirmək;
- Müştərilərə tövsiyələr vermək;
- Layihənin həyata keçirilməsi zamanı konstruktiv dəyişikliklərə nəzarət etmək;
- Alt-sistem fəaliyyətini və tələblərin dəyişdirilməsi və ya yenilənməsini qiymətləndirilmək məqsədilə qurğuların idarə olunması üzrə ətraflı texniki məlumat vermək;
- Müştərilər, podratçılar, memarlar və layihənin digər komanda üzvləri ilə bütün qarşılıqlı əlaqələr zamanı şirkəti təmsil etmək;
- Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək;
- Avadanlıqlara texniki baxış keçirilməsi üzrə cədvəl və metodlar hazırlamaq, resurs tələbatlarını müəyyənləşdirmək, müvafiq idarəetmə heyəti ilə birgə ehtiyacları müzakirə etmək, resursları müvafiq qaydada bölüşdürmək;
- Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına və binaların, infrastrukturların və müəssisə avadanlıqlarının gündəlik texniki baxışına nəzarət etmək;
- Bütün müəssisələr və avadanlıqlar üçün profilaktik baxış və təhlükəsizliyin yoxlanılması proqramları yaratmaq və həyata keçirmək;
- Ətraf mühit, sağlamlıq və təhlükəsizlik prinsiplərinə riayət olunması məqsədilə binaların və qurğuların yaxşı vəziyyətdə saxlanılması üzrə məsuliyyət daşımaq;
- Podrat işinin təşkili üçün podratçılarla qarşılıqlı əlaqələr qurmaq;
- Sualları cavablandırmaq və ictimaiyyəti məlumtalandırmaq;
- Şikayətləri araşdırmaq və onların həlli üçün müvafiq işlərin görülməsi barədə tövsiyyələr vermək;
 Şikayətləri qeyd etmək və onlar barədə Menecerinə həftəlik hesabat vermək;
- Ehtiyac olduqda müvafiq əlavə vəzifələri yerinə yetirmək.

Vəzifə üzrə tələblər

Təhsil

- Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil.
- Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq (EN,NFPA,DIN,BS,Local Norms &Regulation,IEC,IEEE)
- Zəif orta axım, torpaqlama, işıqlandırma, hesablama, güc sistemləri üzrə biliklərə malik olmaq
- İngilis dili üzrə orta səviyyədə yazı və danışıq qabiliyyətinə malik olmaq.
- Kompüter bilikləri (Microsoft office, AutoCAD)

Tələb olunan bacarıqlar

- Şifahi və yazılı təlimatları başa düşmək və yerinə yetirmək bacarığı.
- Təhlükəsiz və səmərəli şəkildə işləmək bacarığı.
- Təzyiq altında işləmək bacarığı.
- Prioritetləri təyin edə, resursları bir yerə yığa və əməliyyatların effektivliyini idarə edə bilməlidir.
- Nəzarət olunan mühitdə sənədləşdirməni dəqiq yerinə yetirmək bacarığı.

İdeal namizədə tələblər:

- Düzgün iş prosesi qurmaq bacarığı
- Güclü ünsiyyət bacarıqları
- Problemləri vaxtında müəyyənləşdirmək və həll etmək
- Vaxta əhəmiyyət vermək və ondan səmərəli istifadə
- Müstəqil və ya komanda ilə işləmə bacarığı

Əsas xüsusiyyətlər

- Yaxşı komanda təşkilatçısı
- Yüksək motivasiyalı
- Sakit, işə professional yanaşan
- İş yoldaşlarına hər zaman məsləhət verməyə və dəstək göstərməyə həvəsli
- Eibarlı və güvənilə bilən, nəzarətsiz işləyə bilən

Qeyd Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com email ünvanına "Elektrik mühəndisi" başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP