Korporativ satış meneceri
 
JOB TITLE: Korporativ satış meneceri
EMPLOYER: Tikinti şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-26 LAST UPDATED: 2021-07-26 DEADLINE: 2021-08-25

Tikinti şirkəti B2B şöbəsinə “Korporativ satış meneceri” vakansiyası elan edir:

İcra edəcəyi iş:

• Korporativ və Dövlət layihələri üçün tikinti materiallarının, havalandırma sistemlərlərinin, kondisionerlərin, izolyasiya sistemlərinin satışının həyata keçirilməsi;
• Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
• Bazarın araşdırılması, biznes inkişaf planının tərtib olunması və həyata keçirilməsi;
• Əməkdaşlıq üçün yeni müştərilərin cəlb olunması üzrə axtarışların aktiv şəkildə aparılması;
• Görüşlərinin təşkil olunması, işgüzar danışıqların və yazışmaların aparılması və müqavilələrin bağlanması üzrə işlərin aparılması;
• Gündəlik, aylıq, illik satış barədə müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

Namizədə dair tələblər:

• Müvafiq sahə üzrə ali təhsil
• Bu sahədə minimum 1 il iş təcrübəsi
• Azərbaycan və rus dilində səlis danışıq
• Yüksək analitik düşüncə və problemlərin həll etmə bacarıqlarına sahib olmaq
• Əla ünsiyyət qurmaq və komanda üzvü olmaq bacarığı
• Təşəbbüskar qərar qəbul etmə bacarığı stressə davamlı

İş şəraiti:

• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Əmək haqqı – 800-1000 AZN (maaş + bonus sistemi)
• İş rejimi: 09:00-dan 18:00-dək (1-5-ci günlər)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını “Korporativ satış meneceri” qeyd edərək, murat.ucar@turkun.com elektron ünvanına göndərilməsi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP