Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Sahibkarın Məsləhət Evi MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-26 LAST UPDATED: 2021-07-26 DEADLINE: 2021-08-25

Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Sahibkarın Məsləhət Evi» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir.

Sahibkarın Məsləhət Evi şirkətinə hal hazırda mühasib vakansiyası tələb olunur.

İşin təsviri:

- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması
- Vergi, Vahid bəyannamələrin hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi
- ƏDV hesabatlarının tərtib edilib göndərilməsi
- Bank əməliyyatlarının idarə olunması
- Digər, qanunvericiliyə uyğun olaraq sənədlərin hazırlanması və s.

Əmək şəraiti:

- İş qrafiki: 5 günlük iş qrafiki, 09:00-dan18:00-dək
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: 500-800AZN

Tələblər

- Yalnız xanım namizədlər
- AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli
- İqtisadiyyat və ya Maliyyə sahəsində ali təhsil və ya natamam ali təhsil
- 1C 8.2, 8.3 ilə sərbəst işləmə bacarığı
- Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilmək
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək və Excel proqramından sərbəst istifadə bacarığı.

Təcrübə:

- Maliyyə və Mühasibatlıq sahəsində 1-3 il iş təcrübəsi

Şəxsi keyfiyyətlər :

- Stresədavamlı, liderlik xüsüsiyyətləri olan, təşəbbüskar, analitik düşüncə tərzi, pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli;

Professional bacarıqlar və kompetensiyalar:

- Zamanın idarə olunması
- Analitik düşüncə
- Detallara diqqət
- Ünsiyyət bacarıqları
- Məsuliyyət

Telefon vasitəsi ilə edilən müraciətlər qəbul olunmur.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək hrsmemmc@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP