Product Owner
 
JOB TITLE: Product Owner
EMPLOYER: TİNPO.AZ DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-26 LAST UPDATED: N/A DEADLINE: 2021-08-25

Layihə : TİNPO.AZ
Vəzifə : Product Owner / Məhsul Portfelinin İdarə olunması üzrə menecer

Əmək haqqı: 1200 – 1500 Azn

İş qrafiki : Həftədə 5 gün

Nahar şirkət tərəfindən təmin olunur;

Namizədə Tələblər:

- Məhsul portfelinin və ya məhsulun idarə olunması sahəsində təcrübəsi olmalı (e-ticarət /ecommerce);
- E-ticarət (ecommerce) barədə dərin bilik
- Bazar və işgüzar göstəriciləri təhlil etmək, çoxlu sayda analitik məlumatlarla işləmək bacarığı və məlumatlara əsaslanan təşviqat strategiyası hazırlamaq bacarığı;
- Yeni məhsul xüsusiyyətlərinin effektivliyini, potensial dəyərini qiymətləndirmək bacarığı;
- Güclü təhlil və riyazi bacarıqlar, Layihə İdarəetmə, Təqdimat bacarığının olması;
- Dinamiklik,liderlik qabiliyyəti, analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Strateji və taktiki düşüncə qabiliyyəti;
- Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlar;
- Komandada və fərdi şəkildə işləmək bacarığı;
- “Agile” metodologiyaları üzrə təcrübə arzu olunandır;
- İngilis və Rus dillərini mükəmməl bilmək.
- Yaş həddi: 22-35 arası;

Vəzifə Öhdəlikləri:

- Şirkətin e-ticarət məhsullarına müvafiq strategiyaların və taktikaların hazırlanması;
- Məhsulların ümumilikdə uğur qazanması üçün prosesə rəhbərlik etmək;
- İstifadəçiləri müşahidə etmək, araşdırmaq, təhlil etmək və onlarla əlaqə yaratmaq;
- İstifadəçilərin tələblərini öyrənmək və onları qeyd etmək;
- Məhsul ilə bağlı tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;
- Yeni təkliflər hazırlamaq;
- Tələblər və yekun materialları inkişaf qrupları ilə müzakirə etmək;
- Məhsullarla bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
- Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarını müəyyən etmək;
- Tələbləri açıq şəkildə komandaya izah etmək;
- Maraqlı tərəflərlə birlikdə məhsulun satışa buraxılmasının planlaşdırılması prosesini sürətləndirmək;
- Tapşırıqların planlaşdırılması ilə bağlı iclasda iştirak etmək;
- Maraqlı tərəflərlə əlaqə yaratmaq və bu əlaqələri davam etdirmək;
- Məhsullarla bağlı gedişatı izləmək və qiymətləndirmək;
- Məhsulun hazırlanma prosesində hərtərəfli şəkildə istiqamət verməklə proqramçı və dizayner komandaları ilə sıx əlaqə;
- İstifadəçi məmnuniyyətini artırmaq üçün faydalılıq barədə araşdırma və tədqiqatları məhsulla bağlı tələblərə daxil etmək ;

Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla hr@starex.az elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP