Ofis menecer (kargüzar)
 
JOB TITLE: Ofis menecer (kargüzar)
EMPLOYER: Performance Center Co DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-26 LAST UPDATED: N/A DEADLINE: 2021-08-25

Ofis menecer (kargüzar)

Vəzifə öhdəlikləri

• Ofis daxili işlərə ümumi nəzarət edilməsi və kargüzarlıq işinin aparılması;
• Şirkətin struktur quruluşunun, işgüzar profilinin, fəaliyyət istiqamətlərinin, daxili nizam – intizam qaydalarının təşkilinin yüksək səviyyədə təmin edilməsi;
• Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, ümumi mailə gələn e-maillərin cavablandırılması;
• Məktubların yazılması, qeydiyyatı və göndərilməsinin təmin edilməsi;
• Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;
• Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək;
• Ofis ləvazimatlarının sifarişi edilməsi və ofis daxili və ofis ətrafı ərazilərinin təmizliyi üzrə işlərə nəzarət.

Namizədə bağlı tələblər

• Ali təhsil
• Yaş: 21-35
• Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
• Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı;
• MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
• Kargüzarlığın aparılmasına dair normativ aktlar üzrə yüksək səviyyədə biliyə malik olmalı;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri əla səviyyədə, İngilis dili yaxşı səviyyədə;
• Xanım namizədlərə üstünlük verilir.

İş Şəraiti:

• İş vaxtı: həftədə 6 gün, 09:00-dan 18:00-dək;
• Əmək haqqı: 500-600 AZN.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Ofis menecer (kargüzar)” qeyd etməklə cv@performance-center.az elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP