Sənədlərlə iş üzrə mütəxəssis
 
JOB TITLE: Sənədlərlə iş üzrə mütəxəssis
EMPLOYER: Dövlət qurumu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-26 LAST UPDATED: N/A DEADLINE: 2021-08-25

Vəzifə: Sənədlərlə iş üzrə mütəxəssis.

Tələblər:

• Ali təhsil (iqtisadiyyat, idarəetmə, hüquq);
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
• MS Office proqramları ilə işləmək bacarığı;
• Elektron sənəd dövriyyəsi sistemi ilə işləmək bacarığı;
• Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
• Təhlil və tənqidi düşünmə qabiliyyəti, təşəbbüskarlıq, detallara diqqətli, ünsiyyət qurma, kollektiv mühitində, habelə intensiv rejimdə işləmək bacarıqları.

Vəzifələr:

• Daxil olan xidməti korrespondesiyaların, vətəndaşlardan, təşkilatlardan daxil olan təklif, ərizə və şikayətlərin qeydiyyatının aparılması;
• Sənədlərin elektron sənəd dövriyyəsi sistemində vaxtında və dəqiq uçotu və təyinatı üzrə paylanmasının təşkil edilməsi;
• Vətəndaşlar tərəfindən daxil olan təklif, ərizə və şikayətlərin təhlil edilməsi və nəticəsi barədə rəhbərliyə məlumat verilməsi;
• Sənədlərin təyinatı üzrə çatdırılmasına nəzarətin təmin edilməsi;
• Xaric olan sənədlərin qeydiyyatı, uçotu və rəsmiləşdirilib poçt müəssisəsinə verilməsinin təmin edilməsi;
• İcrası nəzarət tələb edən tapşırıqların uçotu və icrasının nəzarətdə saxlanılması;

Anketlərinizi recruiter.baku2021@gmail.com elektron ünvanına göndərməyinizi xahiş edirik.

CV göndərərkən mailin “subject” hissəsində “Sənədlərlə iş üzrə mütəxəssis” qeyd etməyi unutmayın.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP