Təlimlər üzrə kordinator
 
JOB TITLE: Təlimlər üzrə kordinator
EMPLOYER: StudyLab DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-26 LAST UPDATED: N/A DEADLINE: 2021-08-25

StudyLab” Təhsil və İnkişaf Mərkəzi həmfikirlər və istedadlar axtarır!

Əgər “StudyLab” Təhsil və İnkişaf Mərkəzinin fəaliyyətini bəyənirsinizsə və öz iştirakınız ilə işimizin, komandamızın daha da güclənə biləcəyinə əminsinizsə, öz tərcümeyi-halınızı (CV) və motivasiya məktubunuzu (Cover Letter) merkez@studylab.az ünvanına göndərin.

TƏLİMLƏR ÜZRƏ KOORDİNATOR

Vəzifə öhdəlikləri:

• Yeni təlim proqramlarını təşkil etmək və mövcud proqramları təkminləşdirmək
• Təlim proqramlarının cari və effektiv olmasına əmin olmaq məqsədi ilə onlara nəzarət etmək və qiymətləndirmək
• Mərkəzə telefonla müraciətlərin cavablandırılması və ya ünvanlanması;
• Təlim üçün müraciətlərin və təlim iştirakçılarının qeydiyyyatını aparmaq və qeydiyyatla bağlı müraciətləri cavablandırmaq;
• Mərkəzə elektron poçtla müraciət etmiş müraciətləri öz səlahiyyətləri çərçivəsində cavablandırmaq, səlahiyyətlərinə aid olmayanaları aidiyyatı işçilərə ünvanlamaq;
• Mərkəzə ziyarətçilərin qarşılanmasını təşkil etmək;
• təlim otağını hazırlamaq və təlimçilərin sifarişləri əsasında onu təlim avadanlıqları ilə təmin etmək və ofisdən kənarda keçirilən təlimləri təşkil etmək;
• Təlim materiallarını qrammatik yoxlamaq, Mərkəzin standartlarına uyğunlaşdırmaq, çoxaldılmasını və dinləyicilərə vaxtında verilməsini təmin etmək;
• Təlim kursları üzrə testlərin və anonim qiymətləndirmələrin keçirilməsini (avtomatlaşmış və fiziki) təşkil etmək, nəticələri emal etmək;
• Təlimsonrakı hesabatları və təlimçilərin dərs saatları barədə hesabatları hazırlamaq;
• Təlim vaxtının dəyişdirilməsi barədə dinləyiciləri məlumatlandırmaq;
• Daxili qaydalarla müəyyən olunmuş kurslarda testlərinin nəticələrinin müzakirəsini təşkil etmək;
• Onlayn təlimləri təşkil etmək: təlimlərim yaratmaq, dinləyicilərə qoşulmaq üçün məsafədən dəstək vermək, təlimi izləmək və Mərkəz tərəfindən ortaya çıxan texniki problemlərin həlli üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görmək, ehtiyac olanda müvafiq əməkdaşı cəlb etmək;
• Təlim iştirakçıları üçün sertifikatları hazırlamaq və onlayn təlimlər üzrə onları aidiyyəti iştirakçı və ya sifarişçiyə göndərmək;
• Mərkəzin rəhbərliyinin təlimlərin təşkili üzrə ona həvalə etdiyi digər funksiyaları həyata keçirmək.

Namizədə tələblər

• Ali təhsil, bakalavr
• Azərbaycan, rus dili bilikləri yüksək səviyyədə, İngilis dili biliyi orta səviyyədə
• Səlist danışıq və yazı qabiliyyəti
• MS Office proqramlarında işləmək bacarığı
• MS Outlook proqramında işləmək bacarığı
• Təşkilatçılıq və kreativ yanaşma
• Təşəbbüskar və yeniliklərə açıq
• Ehtiyac yarandığı halda həftə sonları işləyə bilmək ( Əmək qanunvericiliyi ilə tənzimlənir)

Şərtlər

• Şəhərin mərkəzində yerləşən rahat ofis.
• İş qrafiki fərdi qaydada müəyyən edilir.
• Əmək haqqı fərdi olaraq müzakirə olunur.
• İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: merkez@studylab.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Təlimlər üzrə koordinator” yazıb CV göndərməklə müraciət edilir. Yalnız ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 26 avqust 2021

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP