Vergi məsələləri üzrə mütəxəssis
 
JOB TITLE: Vergi məsələləri üzrə mütəxəssis
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-26 LAST UPDATED: N/A DEADLINE: 2021-08-25



MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

“MKT İstehsalat Kommersiya” MMC xam Pambıqdan əsasən Mahlıc, Çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jmıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.

2021-ci ilin Yanvar, Fevral və Mart ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssisəmizdə işçi sayı 3200 nəfərdir və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir.

“MKT İK” MMC Muhasibatlıq komandasına qoşulmaq üçün açıq fikirli və enerjili Vergi məsələləri üzrə mütəxəssis axtarır.

Vəzifə öhdəlikləri:

• Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması;
• Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi;
• Gəlir vergisi, ƏDV, əmlak vergisi, DSMF və s. kimi vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və sorğuların vaxtında cavablandırılması;
• Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət;
• Vergi və audit yoxlamalarında iştirak edilməsi;
• Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi.

Tələblər:

• İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində bakalvr və ya daha yüksək təhsil dərəcəsi;
• Maliyyə, mühasibat uçotu, vergi qanunvericiliyi və hesabat və ya digər oxşar sahələrdə minimum 3 il iş təcrübəsi;
• Microsoft Office (Word, Excel) proqramları üzrə mükəmməl biliyin olması;
• 1С 8.3 proqramlarında sərbəst işləmək bacarığı;
• Güclü tədqiqat və analitik düşünmə qabiliyyəti və məsələlərin həllində təşəbbüsün göstərilməsi;
• Hesabatların hazırlanması və yazı bacarıqları;
• Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq;
• İngilis və rus dili arzu olunandır.

Səriştələr:

• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük

Əlavə məlumat:

• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Beş günlük iş həftəsi;
• İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Vergi məsələləri üzrə mütəxəssis” mövzusu ilə career@mktcotton.com  elektron ünvanına göndərə bilərsiniz.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP