Elektron Təhlükəsizlik Sistemləri üzrə mütəxəssis
 
JOB TITLE: Elektron Təhlükəsizlik Sistemləri üzrə mütəxəssis
EMPLOYER: BETTA MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-26 LAST UPDATED: N/A DEADLINE: 2021-08-25

İşəgötürən: “BETTA” MMC
Vəzifə: Elektron Təhlükəsizlik Sistemləri üzrə mütəxəssis

Əsas vəzifə öhdəlikləri

• Obyektlərdə bütün kamera, oğurluğa qarşı sistemlər, giriş-çıxış və video sistem avadanlıqlarını və proqram təminatını quraşdırmalı
• Təhlükəsizlik sistemlərinin işinin fasiləsiz fəaliyyətinin təminatı və vaxtaşırı yoxlanılması
• Kameraların işlək vəziyyətdə olmasını təmin etməli və periodik monitorinqini aparmalı
• Quraşdırılmış video monitorların işlək vəziyyətdə olmasını təmin etməli
• Tələb olunduqda yoxlama və daxili araşdırma zamanı rəhbərliyi video yazılışla təmin etməli
• Yeni obyektlərdə kompleks baxışların və Təhlükəsizlik sistemlərinin auditlərinin keçirilməsi, təkliflərin hazırlanması. İri layihələr üçün təhlükəsizlik sistemlərinin dizayn və konfiqurasiyasını və qrup şirkətlər üçün müvafiq tenderlər üçün spesifikasiyaların hazırlanması
• İstifadəsində olan proqram təminatlarının normal fəaliyyətini, lisenziya tələb edən proqram təminatlarının müddətinin vaxtı-vaxtında uzadılmasını təmin etməli
• Avadanlıqlarda hər hansı nasazlıq baş verdikdə, problemi həll etməli, həlli mümkün olmadıqda servis mərkəzinə çatdırılmasını təmin etməli və ya servis xidmətinin nümayəndəsinin gəlməsini təmin etməli
• Sərt Disklər Arxivinin təşkili
• Şəbəkə tipli Server və Paylayıcılara nəzarət
• Təhlükəsizlik sistemləri və avadanlıqlar haqqında məlumat toplamaq və təkliflər vermək
• Təhlükəsizlik avadanlıqlarının distribyutorluğunun Azərbaycanda təmin edilməsi, onların servis xidmətlərinin yaradılması.

Namizədə tələblər

• Texniki ali təhsil
• Azərbaycan, Rus və İngilis dilləri - yüksək səviyyədə
• Təhlükəsizlik sistemləri üzrə sxemləri oxumaq və çəkmək bacarığı
• İT CCTV, Girişə və perimetr üzrə nəzarət, yanğına qarşı sistemlər üzrə inteqrator təcrübə
• İri sənaye və qeyri-sənaye obyektlərində iş təcrübəsi
• Müvafiq sahədə ümumi iş təcrübəsi – minimum 5 il
• Diqqətli və dəqiq olmalı
• İşgüzar və məsuliyyətli olmalı

İş şəraiti

• İş rejimi - 5 günlük (09:00-18:00)
• Əmək haqqı razılaşma yolu ilə
• Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir

Maraqlanan və tələblərə cavab verən şəxslər öz CV formalarını və tövsiyyə məktublarını " ETC üzrə mütəxəssis " başlığı ilə cv@betta.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP