Digital Marketing Head
 
JOB TITLE: Digital Marketing Head
EMPLOYER: Havas Media Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-26 LAST UPDATED: N/A DEADLINE: 2021-08-25



Havas Digital” komandamıza təcrübəli və nəticə yönümlü “Digital Marketing Head” axtarışındayıq. “Digital Marketing Head” müştərilərin digital marketinq strategiyalarının hazırlanması, həyata keçirilməsi və idarə edilməsində birbaşa iştirak edəcək və bu kimi layihələrdə komandanı idarə edəcək. Buna görə də digital texnologiyalardan və müxtəlif digital kanallardan istifadə etmək üçün kifayət qədər təcrübəyə, bilik və bacarığa sahib olmalıdır.

Öhdəliklər:

• Müştərilər üçün digital marketinq strategiyasının yaradılması, planlanması və həyata keçirilməsi
• Bazar və rəqib araşdırmalarının aparılması, müqayisə meyarlarının (benchmark) tədqiqatı və inkişaf təkliflərinin verilməsi
• Potensial müştərilər haqqında araşdırma edilməsi, təklif hazırlanması və təklifin təqdim olunması
• Müştərilərlə sıx əlaqədə olmaq (əsasən xarici müştərilərlə)
• Strategiyaların tətbiqinə nəzarət və onların idarə olunması
• Digital komandanın formalaşdırılması və komanda üzvlərinin yetişdirilməsi
• Ən son texnoloji yeniliklərdən və uğurlu təcrübələrdən xəbərdar olmaq
• Layihələrdə müvafiq KPI-ların təyin edilməsi
• Digital media planların hazırlanması və büdcələrin təyin edilərək idarə olunması
• Müştərilərin sosial media səhifələrinə və oradakı fəaliyyətə (kontent marketinq və digital reklamlar) nəzarət
• Ehtiyaca görə müxtəlif digital marketinq kanallarından istifadə etmək (sosial media, SEO, digital reklamlar, influenser marketinq, kontent marketinq)
• Reklam, araşdırma, hesabat və s. kimi digital vasitələr təqdim edən 3-cü tərəf şirkətlərin araşdırılması, əlaqələrin qurulması və əməkdaşlıq edilməsi
• Müştərilərlə görüşlərdə iştirak etmək və hazırlanan təkliflərin təqdimatı

Tələblər:

• Digital marketinq meneceri/Komanda rəhbəri/Direktor vəzifəsində ən azı 2 illik təcrübə
• Digital marketinq kanalları barədə dərin biliyə sahib olmaq
• Onlayn marketinq vasitələri haqqında dərin bilik və bacarıqların olması (Google Ads, Facebook Ads Manager, Google Analytics, Programmatic Ads...)
• Tənqidi düşünmə, problem həll etmə və zamanın idarə olunması bacarıqları
• İngilis və rus dillərini səlis bilmək

Müraciət etmək üçün CV-nizi bu ünvana göndərə bilərsiniz: hr@havas.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP