Keyfiyyət və SƏTƏM üzrə Mühəndis
 
JOB TITLE: Keyfiyyət və SƏTƏM üzrə Mühəndis
EMPLOYER: Neft-Mədən Avadanlığı MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-27 LAST UPDATED: N/A DEADLINE: 2021-08-26

Şirkət: Neft-Mədən Avadanlığı MMC

Vakansiya: Keyfiyyət və SƏTƏM üzrə Mühəndis

Tələblər:

• Təhsil: Ali, Mühəndis-mexanik və ya Dağ mühəndisi
• Neft-mədən avadanlığını tanımalıdır
• Materialın mexaniki və termik emalı üzrə texnoloji proseslər üzrə biliklər
• Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər
• ISO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə
• ISO, ГОСТ, AZS və TŞ tələbləri üzrə biliklər
• SƏTƏM üzrə biliklər
• MS Office proqramlarını səlis bilməlidir
• İş təcrübəsi – maşınqayırma və ya neft sahəsində 3 ildən artıq!

Əsas vəzifələr:

• Avadanlığın və məhsulların istehsalı üzrə texnoloji intizamın izlənməsi;
• Istehsal proseslərinin ISO keyfiyyət standartlarına uyğun aparılmasına nəzarət edilməsi və müvafiq sənədlərin işlənməsi;
• Istehsal olunan avadanlığının və məhsulların keyfiyyətinin ISO, ГОСТ və TŞ üzrə tələblərə uyğun yoxlanması və müvafiq sənədlərin işlənilməsi;
• Əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikası üzrə vəziyyətə nəzarət edilməsi və müvafiq sənədlərin işlənməsi;
• Digər texniki sənədlərin işlənilməsi;
• Hesabatların hazırlanması;

İş şəraiti:

• İş yeri - Balaxanı qəsəbəsi;
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Aylıq maaş: 700-800 AZN
• Şirkət tərəfindən isti yemək
• Karyera yüksəlişi imkanı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Keyfiyyət və SƏTƏM üzrə Mühəndis” qeyd edərək öz CV-lərinizi ang.group@mail.ru elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP