Həkim-ekspert
 
JOB TITLE: Həkim-ekspert
EMPLOYER: Sağlam Ailə DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-27 LAST UPDATED: N/A DEADLINE: 2021-08-26

Sağlam Ailə klinikası Həkim-ekspert vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

• Müalicə-diaqnostika prosesinin keyfiyyətini və xəstələrin müayinə, müalicə və qulluğu üzrə tibb xidmətinin qurulmasını təmin edir.
• Müalicə-diaqnostika prosesinin vəziyyətinin planlı və plandankənar yoxlamalarını aparır, onların nəticələrinə görə çatışmazlıqların aradan qaldırılması üzrə zəruri tədbirlər görür.
• Tibbi sənədləşdirmənin, onların aparılmasının keyfiyyətinin, xəstələrin müayinə və müalicəsi metodlarının düzgünlüyünün və məqsədəuyğunluğunun yoxlamalarını həyata keçirir.
• Profilaktika, diaqnostika və müalicənin səmərəli metod və vasitələrini, müalicə-profilaktika yardımın göstərilməsi üzrə yeni təşkilati formalarını praktikada tətbiq edir.

Tələblər:

• Ali tibbi təhsil;
• Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi və digər normativ hüquqi aktlarını bilməli;
• Sosial gigiyena və səhiyyənin təşkilinin nəzəri əsaslarını bilməli;
• Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının və tibbi sosial ekspertizanın təşkilini bilməli;
• Dispanserləşdirmənin nəzəri əsaslarını, prinsip və metodlarını bilməli;

İş şəraiti:

- İş günü: 6 gün;
- Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək;
- Özü və ailə üzvləri üçün endirimli tibbi xidmətlər;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Həkim-ekspert” qeyd etməklə hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP