Front Office Receptionist
 
JOB TITLE: Front Office Receptionist
EMPLOYER: Hotel River Side Mingəçevir DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-27 LAST UPDATED: 2021-07-27 DEADLINE: 2021-08-26

VƏZİFƏ: Front Office Reception (Hotel River Side Mingəçevir) River Side Hotel Menecer, Restoran administrator, Restoran ofisiant

(Yalnız təcrübəli namizədlər qəbul olunur)

Əmək haqqı : Namizədin bilik və bacarıqlarına görə dəyərləndiriləcək

Namizədlərin müvafiq sahədə iş stajı, təcrübəsi mütləqdir

• Fron Office Reception vəzifəsində çalışmış, ali təhsilli bəylər.
• İngilis, rus dillərində səlis danışma və oxumaq-yazmaq
• Ofis programlarında , otel proqramlarında işləmə bacarığı
• İşlədiyi sahədyə aid işlərin müstəqil şəkildə icrası, qonaqlarla ünsiyyət qurma bacarığı
• Otel qonaqlarının qeydiyyata alınmasının təmin edilməsi
• Gələn qonaqların qarşılanması və onları otel ilə bağlı məlumatları təqdim etmək
• Otelə daxil olan zənglərin cavablandırılması və qeydiyyatı
• Xoş və səliqəli zahiri görünüş
• Yüksək ünsiyyət qabiliyyəti, fikrini aydın izah etmə bacarığı
• Pozitiv, məsuliyyətli gülərüz, nəzakətli və dürüst olmalı.
• Məqsədyönlü, təşəbbüskar, yenilikçi, kreativ olmalı.
• Şirkətin daxili qayda qanununa riayət etməli, verilən tapşırıqları vaxtinda yerinə yetirməli
• Kollektivdə, komandada işləmə bacarığı olmalı
• Təyinata əsasən, işə aid olan vəzifələrin və xüsusi layihələrin yerinə yetirilməsi;
• Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək, Daxili inventarlaşmanın aparılması.
• Restoranın profilinə uyğun mətbəxin xüsusiyyətləri
• Ali təhsil , Otel və ya restoranların idarə olunması üzrə minimum 3 il iş təcrübəsi
• Milli qonaqpərvərliyin səciyyəvi cəhətləri
• Xammal maddələrinin mənşəyi və emalı
• İşçi heyətin idarə edilməsi ,İşçi heyəti ilə əlaqədar,qaydalar və normalar, sağlamlıq və təhlükəsizlik
• Restoran standartları və normativləri
• Restoran büdcəsini, maliyyə və mühasibat hesabatlarını hazırlamaq
• Çoxsaylı işçi heyətini təlimatlandırmaq və onlara rəhbərlik etmək
• Keyfiyyətə nəzarət xidmətləri üzrə fəaliyyətlərin həyata keçirilməsi
• İşgüzar ünsiyyət etikası.
• Heyətin idarəedilməsi, gündəlik və aylıq iş planlarının tərtib edilməsi
• Müştəri məmnuniyyətini təmin etmək
• Aylıq satış planlarını təyin etmək və onları təmin etmək
• Məhsulların keyfiyyətinə və təqdimatına nəzarət etmək
• Mövsümi menuya dəyişiklər, yeni məhsullar təklif etmək
• Stres və münaqişə hallarını idarə etmək
• Fəaliyyət ərazisində gündəlik gəzinti-baxış keçirmək, təmizlik səviyyəsinin, digər məlumatların yerində olmasından əmin olmaq
• İnzibati işlər, əmək qüvvəsi və əməliyyat məsrəfləri ilə bağlı məsələləri tənzimləmək
• Qonaqlara göstərilən xidmət standartlarının icrasına nəzarət etmək və gəlirləri artırmaq
• İş vaxtı təmiz və nizamlı görünmək
• Qonaqların qarşılanması və yönləndirilməsi
• Qonaqlara xidmət standartlarına riayət olunaraq, çevik, sürətli və gülərüz xidmətin təmin olunması
• Menyunu sərbəst bilmək, Qonaqlara, yeməklərin və içkilərin seçilməsində peşəkar surətdə kömək etmək.
• Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
• Sifarişi qəbul etdikdə qonaqlara yeni məhsullar haqqında ətraflı məlumatların verilməsi.
• Dil bilikləri:Azərbaycan dili mükəmməl ,Rus dilində sərbəst ünsiyyət (İngilis dili orta səviyyədə bilməsi arzuolunandır)
• Ciddi, məsuliyyətli və komandada işləmə bacarığı olan şəxslər tələb olunur.
• Daim axtarışda olmalı və dünya mətbəxi ilə tanış olmalı.
• Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.

Ünvan. Mingəçevir şəhəri H.Hüseynov küç. 25
Tel: +994 51 447 55 55

E-mail — moisyosif73@gmail.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP