Satınalma şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Satınalma şöbəsinin mütəxəssisi
EMPLOYER: PASHA Life DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-28 LAST UPDATED: N/A DEADLINE: 2021-08-11

Struktur bölmə: Satınalma şöbəsi
Vəzifə: Satınalma şöbəsinin mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 10.08.2021-ci il

Vəzifə Öhdəlikləri:

1. Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərini aparmaq.
2. Satınalma üzrə siyasət, prosedur və standartlarına riayət etmək.
3. Şirkətdə fəaliyyət göstərən hər bir struktur bölmənin tələblərinə uyğun mal və xidmətləri əldə etməsini təmin etmək.
4. Bazar araşdırılmasını aparılmaq, yeni təchizat şirkətlərini tapmaq və onlarla danışıqlar aparmaq.
5. Tədarük prosesində ən sərfəli qiymətləri əldə etmək üçün rəqabətə davamlı kommersiya təklifləri əldə etmək.
6. Yerli və xarici təchizatçılardan təkliflər almaq və dəyərləndirmək.
7. Satınalma əməliyyatlarını (satınalma elanları, təklifləri və tenderləri) elektron formada aparmaq.
8. Müqavilə şərtlərinin müəyyən edilməsi və şərtlər üzrə icrasına nəzarət etmək.
9. Fəaliyyət sahəsində bütün sənədləri düzgün tərtib etmək və sənədləşmə işlərini aparmaq.
10.Vəzifə ilə əlaqədar digər tapşırıqları həyata keçirmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Satınalma sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr dərəcəsi.
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta.
Üstünlüklər: Elektron satınalınmaların aparılması üçün ERP sistemlərini bilmək.
Kompüter bilikləri: MS Office: əla.
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, keyfiyyət yönümlülük.
Liderlik səriştələri: strateji düşünmə, ruhlandırma, istedadı inkişaf etdirmə, təsir göstərmə, nəticəyə istiqamətləndirmə.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61.
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942.

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP