Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: Bridge Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-28 LAST UPDATED: N/A DEADLINE: 2021-08-27



1998-ci ildən bəri "Bridge Group of Companies"-ə daxil olan şirkətlər müxtəlif sahələrdə ixtisaslaşmaqla idarəetmə, inşaat, mehmanxana biznesi, satınalma, anbar və kənd təsərrüfatı sahələrində zəngin iş təcrübəsinə malikdirlər.
AgroBridge - istixana fəaliyyətı, meyvə və tərəvəz məhsullarının yetişdirməsi, bitkilərin sürətli inkişafını və məhsuldarlığını təmin edən - mineral gübrələrin idxalı və satışı sahəsində ixtisaslaşmış şirkətdir.

Baş mühasib - Bridge Group of Companies MMC (Agrobridge MMC)

Əsas tələblər:

- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- Minimum 5 il iş təcrübəsi;
- 1С və digər mühasibatlıq proqramında, MS Office-də işləmə bacarığı;
- Vergi qanunvericiliyini mükəmməl bilmək, dəyişiklikləri izləmək və vaxtında tətbiq etmək;
- Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
- Elektron hökumət portalı ilə işləyə bilmə qabiliyyəti;
- Əmək qanunvericiliyində istifadə edilən saytlarda iş.

Vəzifə öhdəliyi:

- E-Qaimə fakturalarının yazılması;
- Bank əməliyyatının həyata keçirilməsi; qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Gündəlik və aylıq daxili hesabatların hazırlanması və təqdim olunması;
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak;
- Bütün rəsmi hesabatların göndərilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi üzrə hesablamaların aparılması.

Əmək şəraiti:

İş yeri: Bridge Plaza
5 günlük iş qrafiki, 09:00-18:00
Əmək haqqı: 1200 AZN

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Baş mühasib” qeyd etməklə CV-lərini rubaba.t@bridge.az ünvanına yollaya bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP