Yük liftləri üzrə Texnik
 
JOB TITLE: Yük liftləri üzrə Texnik
EMPLOYER: Azerbaijan Supermarket LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-28 LAST UPDATED: N/A DEADLINE: 2021-08-27



Vəzifə: Yük liftləri üzrə Texnik
Yerləşmə: Baş Ofis
Şöbə: Marketin inkişafı üzrə Departament

Vəzifə öhdəlikləri

- Ayda 15 gündən bir liftə texniki xidmət göstərmək.
- Xidmət zamanı aşkarlanan qüsurları liftin texniki kitabçasında qeyd etmək və onlar haqqında məruzə etmək.
- Xidmət zamanı cihazın yağlanmış hissələrini yağlamaq və cihazın bütün hissələrini təmiz saxlamaq.
- Həmişə telefon zənglərinə cavab vermək və hər hansı bir problem haqqında məlumatlandırmaq.
- Bölüşdürülmüş gündəlik planının iş axınına uyğun olmasına diqqət yetirmək.

Vəzifə üzrə tələblər Ümumi tələblər

- Qaldırma əməliyyatları və qaldırıcı avadanlıqlarla bağlı minimum 2 illik ümumi iş təcrübəsinə sahib olmaq.
- Fövqəladə Hallar Nazirliyinin elektromexanik sertifikatına malik olmaq.
- Hidravlik qaldırıcı sisteminin quruluşundan aydın anlayışa sahib olmaq.

Tələb olunan biliklər

- Müvafiq qanunlar, qaydalar və standartları bilmək.
- Sistemi işə salmaq üçün SƏTƏM tələbləri və davranışlarını, təhlükəsiz iş sistemlərini və icazədən istifadəni tam başa düşmək.

Tələb olunan bacarıqlar

- Şifahi və yazılı təlimatları başa düşmək və yerinə yetirmək bacarığı.
- Təhlükəsiz və səmərəli şəkildə işləmək bacarığı.
- Təzyiq altında işləmək bacarığı.
- Prioritetləri təyin etmək, resursları əlaqələndirmək və əməliyyat fəaliyyətini idarə etmək bacarığı.
- Komandada işləmək və MEP İdarəetməsinin təlimatlarına əməl etmək bacarığı.

Qeyd

Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com e-mail ünvanına "Yük liftləri üzrə Texnik" başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP