Zəif axın üzrə Keyfiyyətə Nəzarət mühəndisi
 
JOB TITLE: Zəif axın üzrə Keyfiyyətə Nəzarət mühəndisi
EMPLOYER: SMTS MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-29 LAST UPDATED: 2021-07-28 DEADLINE: 2021-08-28



Zəif axın üzrə Keyfiyyətə Nəzarət mühəndisi

Vəzifə öhdəlikləri:

- Zəif axın sistemlərinin layihə və işçi sənədlərinin müstəqil işlənməsi: avtomatik yanğın siqnalizasiyası, yanğına qarşı avtomatika, xəbərdarlıq və evakuasiya idarəetmə sistemi, muhafizə siqnalizasiyası, girişin nəzarət və idarəetmə sistemi, CCTV sistemi, Audio /video interkom sistemi, Strukturlaşdırılmış Kabelləmə Sistemi, LAN, Radiokommunikasiya, Televiziya signallarının toplu qəbuletmə sistemi və digər zəif axın sistemləri;
- Layihənin xüsusiyyətləri, təsvirləri metodikası və Keyfiyyətə nəzarət planları / prosedurlarını hazırlamaq; İşlərin yerinə yetirilmə metodunun hazırlanması və müştəri ilə razılaşdırılması;
- Layihənin Zəif axın sistemlərinə aid sənədlərin qeydiyyatı və keyfiyyətə nəzarət hesabatları yaratmaq, yeniləmək və saxlamaq;
- Müəyyən edilmiş tələblərə, standartlara və / və ya direktivlərə dair tamlığı və uyğunluğunu yoxlamaq;
- Hesabatların və sənədlərin yoxlanılması və tələb olunan keyfiyyət sənədlərini toplamaq və göndərmək;
- Tikinti sahəsində aparılan işlərin, Zəif axın sistemlərinin layihə tələblərinə, norma və standartlara uyğun olaraq həyata keçirilməsini təmin etmək və yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək, növbəti işin başlanılmasına icazə vermək;
- İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək və / və ya işin keyfiyyətinə mənfi təsir edə biləcək zəruri hallarda işi dayandırmaq;
- Uyğunsuzluq hesabatı, düzəldici və önləyici fəaliyyət (NCR, CAP) hesabatlarının hazırlanmasında və icrasında icraçılarla əməkdaşlıq edir və həyata keçirir. Verilmiş uyğunsuzluq və ya düzəldici önləyici hesabatlarını sistemli olaraq qeydiyyatını aparır və müvafiq düzəliş tədbirlərini müəyyən edir;
- Bütün Mühəndisi bölmələrinin (isitmə-ventilyasiya, Su-Kanalizasiya, Elektrik Avadanlıqları və Materiallar) konstruktiv, memarlıq, texnoloji və digər həllərlə əlaqələndirilməsi;
- Tikilən obyektlərin layihə mərhələsində və yerinə yetirilməsinə nəzarət iştirak etmək. Layihə sənədlərinin əlaqədər dövlət strukturları ilə razılaşdırılmasında iştirak etmək;
- Birbaşa rəhbərin texniki tapşırıqlarının yerinə yetirilməsi. Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək.

Namizədə olan tələblər:

- Müvafiq sahə üzrə ali təhsil
- Zəif axın üzrə Keyfiyyətə Nəzarət mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
- MS office AutoCAD proqramlarını əla səviyyədə bilməli (əlavə olaraq Revit proqramını bilən namizədlərə üstünlük veriləcək);
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək);
- İSO 9001 – 2015; İSO 14001 – 2015; İSO 45001-2018 standartların tələblərini və İnteqrasiya edilmiş İdarəetmə Sistemini bilməli;
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Analitik düşünmə qabliyyəti;
- Analiz və idarəetmə bacarığı.

Digər tələb və şərtlər:

- Yaş həddi: 30-50
- Əmək haqqı 1500-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “Zəif axın üzrə Keyfiyyətə Nəzarət mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP