Baş mühasib / Audit
 
JOB TITLE: Baş mühasib / Audit
EMPLOYER: Gəmiqaya Turizm DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-29 LAST UPDATED: 2021-07-30 DEADLINE: 2021-08-28

Baş mühasib / Audit

Gəmiqaya turizm MMC, tərkibində və ya nəzarətində olan müəssisələrin maliyyə fəaliyyətinin daimi izlənməsi üçün Baş Mühasib / Audit vakansiyası elan edir.

Aşağıdakı göstəricilərə cavab verən,dürüst,aktiv və gələcək uzunmüddətli karyerasını bizimlə qurmaq istəyən namizədlərə öz CV lərini bizə göndərməyi xahiş edirik.

Vəzifəyə olan tələblər

- Qrupa daxil olan müəssiələrin mühasibat bölmələrinin fəaliyyətinə nəzarət edir.
- Qrupa daxil olan müəssiələrin , uçot siyasətinin,hesabatlarının,qayda və prosedurların düzgün aparıldığına nəzarət edir.
- Qrupa daxil olan müəssiələrin baş mühasibləri ilə daimi əlaqə qurur və mütəmadi əlaqə saxlayır.
- Qrupa daxil olan müəssisələrə daxil olan pul vəsaitlərinin,satışların ,debitor və creditor borcların hərəkətinə daimi nəzarət edir.
- Qrupa daxil olan müəssisələrin gündəlik hesabatlarının alınmasına (bank,cash,satış və s.) və baş müdürə göndərilməsinə nəzarət edir.
- Dövlət büdcəsinə ödənilməli vəsaitlərin düzgün hesablanmasına və vaxtında ödənilməsinə nəzarət edir.
- Ay sonu hesabatların qəbul olunması və nəticələrin düzgün təhlil edilməsini həyata keçirir.
- Mütəmadi olaraq müəssisələrə səfərlər edib,sənədlərin, maliyyə hesabatlarının, anbar qalıqlarının , debitor-creditor borcların , satışın maya dəyərinin düzgün tərtib olunub-olunmamasına nəzarət edir,hər hansı bir kənarlaşmanın, maliyyə itkilərinin olub-olmaması haqqında hesabat təqdim edir.

Namizədə olan tələblər:

- Maliyyə,mühasibatlıq sahəsində təhsil.
- Maliyyə mühasibatlıq və ya Audit sahəsində ən azı 5il təcrübə.
- İstehsal və tikinti sahəsində təcrübənin olması.
- Otel və restoran sektorunda da bir müddət təcrübə olması əlavə üstünlükdür.
- İdarəçilik qabliyyətinin üstün olması.
- Mütəmadi yerli və xarici ezamiyyələrə hazır olmaq.
- Şirkətin məxfilik siyasətinə əməl olunması.
- Dil biliyi: İngilis dili (mütləq) ,rus dili (arzuolunandır)

E-mail: turizmgemigaya@gmail.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP