İT mütəxəssis
 
JOB TITLE: İT mütəxəssis
EMPLOYER: ANC Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-29 LAST UPDATED: N/A DEADLINE: 2021-08-28

İT mütəxəssis

Vəzifə və öhdəliklər:

- Ofisdə və mağazalarda kompüter və internet şəbəkəsinə, kompüter avadanlıqlarına və onların proqram təminatına texniki qulluq və nəzarət etmək;
- Yeni açılan mağazaların İT infrastruktrunun qurulması;
- Server və əməliyyat sistemlərindən anlayışı olmalı və nəzarət etməli;
- Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək;
- İT təminatı üzrə avadanlıq və proqram ehtiyaclarını müəyyənləşdirmək və rəhbərliyə məruzə etmək;
- Kompüter və digər texniki avadanlıqların işlək vəziyyətdə olmasını təmin etmək.

Namizədə olan tələblər:

- İnformasiya Texnologiyaları və ya Texniki sahədə Ali təhsil;
- Analoji sahədə ən azı 1 il iş təcrübəsi olmalı;
- Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli;
- Kompüterin əlavə hissələrinin və qurğularının quraşdırılmasını bilməli (printer, skaner və s.);

6 günlük iş rejimi (I-V günlər tam iş günü, VI gün yarım iş günü);
Şirkət hesabına nahar;
Əmək haqqı 1200-1500 AZN.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İT mütəxəssis” yazaraq hr@rahat.az e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP