Sosial Media üzrə Menecer
 
JOB TITLE: Sosial Media üzrə Menecer
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-30 LAST UPDATED: 2021-09-26 DEADLINE: 2021-09-26

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Sosial Media üzrə Menecer

Vəzifə öhdəlikləri:

• Qruplarda reklam proyektlərini təşkil etmək: (Əsasən Facebook üzərindən);
• Facebook, Telegram, İnstagram kimi sosial platformalarda qrup və səhifələrlə əməkdaşlıq etmək;
• Qruplarda yenilənən kampaniyalar, endirimlər və s. haqda daim əlaqədə olmaq və onları məlumatlandırmaq;
• Media plana uyğun reklam proyektlərini proqnozlaşdırmaq;
• Büdcə idarə etmək, müqavilə, sənəd məsələlərində koordinasiyanı etmək;
• Reklam nəticələrini ölçüb növbəti layihələr üçün yeni növ istiqamətlər təyin etmək.

Tələblər:

• Müvafiq (və ya bənzər) sahədə iş təcrübəsi;
• Azərbaycan dilini səlis bilməlidir, rus dili bilikləri arzu olunandır;
• Excell biliyi;
• Digital media bilikləri (ölçmək, analiz etmək, hesabat hazırlamaq);
• İnsanlarla işləmək, yüksək ünsiyyət qabiliyəti.

İş şəraiti:

• İş günləri: I-V günlər, istirahet günü: şənbə, bazar
• Əmək haqqı: 600 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/ks61ws4m

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP