Kiçik satış təmsilçisi
 
JOB TITLE: Kiçik satış təmsilçisi
EMPLOYER: Sinteks Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-14 LAST UPDATED: 2021-09-14 DEADLINE: 2021-10-14

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Kiçik satış təmsilçisi tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu satış prosesini öyrənməkdir.

Vəzifə öhdəlikləri:

• Şatışın həyata keçirilməsinə dəstək göstərir
• Mağazada və anbarda məhsullların mövcudluğuna və çeşidlərinə dair məlumatları bilir
• İş əsnasında şirkətin peşəkar satış texnikasını öyrənir
• “Total Look” satışlarının ideya və spesifik xüsusiyyətlərini öyrənir
• Ticarət salonunda müştərilərə standartlara uyğun xidmət göstərir
• Ticarət salonunun iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət edir
• Şirkətə məxsus əmlakların qorunub saxlanılmasını təmin edir, talama təhlükəsi olduğu halda birbaşa rəhbərini məlumatlandırır

Əsas tələblər:

Təhsil:
• Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır

Təcrübə:
• Xüsusi təcrübə tələb olunmur

Professional Biliklər:
• Rus dili mükəmməl, İngilis dili arzuolunandır

Professional Bacarıqlar və Kompetensiyalar:
• Ünsiyyət bacarıqları
• Məsuliyyət
• Məqsədyönlülük

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kiçik satış təmsilçisi” qeyd edərək recruitment.sales@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP