Korporativ satış mütəxəssisi
 
JOB TITLE: Korporativ satış mütəxəssisi
EMPLOYER: Başak Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-17 LAST UPDATED: N/A DEADLINE: 2021-09-16

ŞİRKƏT HAQQINDA:

“Başak” MMC iki şirkətdən ibarətdir. “Başak Group” MMC və “Bashak Supply” MMC.

“Başak Group” MMC 2004-cü ildə təsis edilib. Şirkətimiz bir neçə iqtiqamətdə fəliyyət göstərir: inşaat materiallarının satışı, təmiri; kirəmit və metal dam örtüklərinin quraşdırılması və satışı; yerli və avropa istehsalı olan plastik və alüminium pəncərə qapı sistemlərinin quraşdırılması; modul tipli evlərin hazırlanması və təmiri.

Bashak Supply MMC 2019-cu ildə təsis edilib. Şirkətimiz müştərilərimizin ehtiyacına əsasən hər çeşitdə məhsulun satışı ilə məşğuldur. Sloqanımız: Siz istıyin-biz təmin edək!

“Başak” MMC bir çox iri miqyaslı şirkətlə tərəfdaşlıq edir: Socar, ASC, Gilan Holding, Paşa İnşaat, Park İnn, See Breeze, Azəriqaz, Azərtexnolayn, Universal MMC, Unimac MMC, AFB Bank vs.

Vəzifə: Korporativ satış mütəxəssisi

Tələblər:

• Ali təhsil,
• Satış üzrə minimum 2-3 il təcrübə,
• Əsas tələb: şəxsi avtomobil (amortizasiya xərcləri qarşılanır),
• Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
• Danışıqlar aparma qabiliyyəti,
• Təqdimat hazırlama və təqdimat keçmək bacarığı,
• Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,
• 23-30 yaş aralğı,

İş şəraiti:

• İş vaxtı: Həftə içi 6 gün 09:00–dan 18:00 dək;
• Əməkhaqqı: 700 AZN + Bonus (KPİ)
• Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105

Tələblərə uyğun şəxslər CV-lərini hr@bashakgroup.az elektron poçt ünvanına mövzu hissəsinə “Satış mütəxəssisi” yazaraq göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP