İnsan resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan resursları üzrə mütəxəssis
EMPLOYER: Debet Safety DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-17 LAST UPDATED: N/A DEADLINE: 2021-09-16

Debet Safety “ MMC Fərdi Mühafizə Vasitələri və İşçi geyimləri istehsalı və təchizatı ilə məşğuldur.

Namizədə olan tələblər :

∙ İnsan resursları üzrə min 2-3 il iş təcrübəsi
∙ Dil bilikləri : Azərbaycan, Rus dillərində sərbəst danışmaq ve işgüzar yazışmanı aparmaq

Vəzifə üzrə tələblər :

∙ Müəssisələrin işçilərini əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması ilə bağlı prosedurların yerinə yetirilməsi,
∙ Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması,
∙ İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi,
∙ İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması; əmək kitabçalarında müvafiq qeydlərin aparılması,
∙ Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması,
∙ İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlanıb təqdim edilməsi,
∙ İş vaxtının uçotu ( davamiyyət ) cədvəllərinin tərtib edilməsi,
∙ Müəssisələrə əmək qanunvericiliyi ilə bağlı mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi,
∙ Vakansiyalar üzrə iş elanlarını yerləşdirmək, daxil olan CV-ləri analiz etmək və uyğun namizədlərlə görüşləri həyata keçirmək,
∙ İşə qəbulla bağlı namizədlər üçün müvafiq qiymətləndirmə formaları (suallar, testlər və s.) hazırlamaq,
∙ Şirkətin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair sənədlərin (qərarlar, əmrlər, əsasnamələr, prosedurlar və s.) üzərində işləmək bacarığı,
∙ e-gov,e-sosial portallarda şərbəst işləmək.
∙ Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi,

Namizədə tələblər:

∙ Ali təhsil;
∙ İnsan resursları üzrə ən azı 2 il iş təcrübəsi,
∙ AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı,
∙ Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı,
∙ Əla səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
∙ 1C proqramında işləmək bacarığı,
∙ Güclü ünsiyyət və danışıq qabiliyyəti,
∙ Azərbaycan, Rus dillərini mükəmməl bilməli,
∙ Komandada işləmək bacarığı.

İş şəraiti :

∙ 5 günlük iş həftəsi ( 08.15- 17.15),
∙ Nahar və servis (nəqliyyat ) (m. Köroğlu, m. 20 yanvar iş yerinədək və geri dönməklə ) şirkət tərəfindən təşkil olunur,
∙ AR qanunvericiliyə uyğun rəsmiləşdirilməsi,
∙ Bayram, hüzn və qeyri iş günlərində şirkət çalışmır

İş yeri: Atyalı qəsəbəsi ( Höküməli dairəsindən sonra )

CV-ləri subject bölməsində İnsan resursları üzrə mütəxəssis qeyd etməklə hr@debet.az e-mail ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi : 050 286 69 80

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP