Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: SinerjiPro DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-17 LAST UPDATED: N/A DEADLINE: 2021-09-16

Mühasib

Tələblər:

• Mühasibat və ya maliyyə ixtisası üzrə ali təhsil;
• Vergi Məcəlləsi və mühasibat bilikləri;
• Mühasibat sahəsində minimum 3-5 illik təcrübə;
• 1C: 8.3, BTP proqramları ilə sərbəst işləmək bacarığı;
• Yaxşı analitik bacarıqlar;
• Komandada işləmək bacarığı;
• Ofis proqramlarında istifadə bacarığı: (MS Excel, MS Word, MS Power Point, Microsoft Outlook)

İş barədə məlumat:

• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
• Vergi bəyannamələrini, e-qaimə, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
• Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
• Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

İş şərtləri:

• Həftə içi 5 gün 09:00 – 18:00-dək
• Əmək haqqı bilik səviyyəsinə uyğun olaraq, dəyərləndiriləcək .
• Sənədləşmə Əmək Qanunvericiliyinə uyğun aparılır.
• İş yeri: Bakı şəhəri

E-mail: rasul.aliyev@sinerjipro.net

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP