Qrup rəhbəri (Qazax)
 
JOB TITLE: Qrup rəhbəri (Qazax)
EMPLOYER: International BOKT DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-17 LAST UPDATED: N/A DEADLINE: 2021-09-16

INTERNATIONAL BOKT (Bank Olmayan Kredit Təşkilatı) QSC Qazax rayonunda yerləşən filial üçün QRUP RƏHBƏRİ vəzifəsinə işçi axtarışı elan edir.

Əmək haqqı 2000 AZN – nə qədər + motivasiya

Əsas vəzifə və öhdəliklər:

• Filialın işçi heyətinin idarə olunması;
• Filial əməkdaşlarının peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
• Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
• Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onlar üçün nəzərdə tutulan və ya vermiş olduqları kreditlərə nəzarət etmək;
• Filiallar tərəfindən təqdim olunmuş hesabatları təhlil etmək və yekunlaşdırmaq;
• Filialların müstəqil sənəd işləmə limitindən artıq olan kreditlər üçün yerində baxış və təhlil prosesini həyata keçirmək;
• Öz səlahiyyətləri daxilində kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;

Tələblər:

• Kredit üzrə təcrübəli və lombard portfeli olan komandasının olması arzuolunandır.
• Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Analitik düşüncə qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini vakansiya@icu.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını qeyd etməklə göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP