Təminat şöbəsinin aparıcı mütəxəssisi
 
JOB TITLE: Təminat şöbəsinin aparıcı mütəxəssisi
EMPLOYER: Azerbaijan Energy Regulatory Agency DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-17 LAST UPDATED: N/A DEADLINE: 2021-09-16

Təminat şöbəsi – aparıcı mütəxəssis

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• təsərrüfat xərcləri proqnozlarının tərtibində iştirak etmək;
• təsərrüfat inventarlarının mühafizəsi və təmir olunmasına nəzarəti vaxtında həyata keçirmək;
• təsərrüfat mallarının saxlanmasında, ayrılmış material və vəsaitin səmərəli istifadəsinə nəzarətdə iştirak etmək;
• satınalma ilə bağlı qanunvericiliyi mükəmməl səviyyədə bilmək;
• satınalma reqlamentini qanunvericiliyin tələblərinə uyğun hazırlamaq;
• satınalma prosedurlarını həyata keçirmək;
• tədbirlərin təşkili zamanı smetanın hazırlanmasını təmin etmək;
• Agentliyin strukturuna daxil olan bölmələrdə əmlakın və öhdəliklərin inventarizasiyasında iştirak etmək, inventarizasiyanın nəticəsi üzrə hesabatlar hazırlamaq;
• əsas vəsaitlərin, material ehtiyatlarının, azqiymətli və tezköhnələn əşyaların müvafiq subhesabları üzrə uçotunu aparmaq;
• büdcə proqnozlaşdırılması zamanı statistik göstəricilərə və tələbata uyğun təkliflər vermək;
• büdcə ili ərzində satın alınacaq malların (işlərin, xidmətlərin) tərkibi, həcmi, miqdarı və ölçüsü barədə məlumatı, satınalmanın ardıcıllığını və təqvim ili üzrə bölgüsünü əks etdirən satınalma planını hazırlamaq;
• şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
• təminat və təchizat sahəsi ilə bağlı zəruri sənədləşmələri həyata keçirmək.

TƏLƏBLƏR:

• Ali təhsil (Maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat və s. aidiyyəti ixtisasları üzrə);
• Yaş həddi 27-45 aralığı;
• İxtisası üzrə azı 5 il iş stajı;
• MS Office proqramlarını mükəmməl səviyyədə bilməli;
• 1C (8.3 UPP) proqramını bilməsi arzuolunandır;
• Rus və ya ingilis dilini səlis bilməsi arzu olunandır;

DİGƏR:

• Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
• İstirahət günləri: şənbə və bazar günləri;
• Vakansiya üzrə müraciətin son müddəti: 1 sentyabr 2021-ci il
• İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə vacancy@regulator.gov.az poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat – aparıcı mütəxəssis) qeyd edin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP